Cümə axşamı , 16 May 2024

Hərbi

Azərbaycan və Türkiyə ordularının birgə təlimlərinə “F-16” qırıcıları cəlb olunub

Azərbaycan-Türkiyə birgə təlimlərinə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları cəlb edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib. Xatırladaq ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli …

Read More »

“Azərbaycan-Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər” – RƏY

“Azərbaycan-Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər. Regionda qüvvələr balansı siyasi bəyanatlara yox, real hərbi gücə, o cümlədən konkret hərbi imkanlara əsaslanan siyasi nüfuza görə müəyyən olunur. Məhz bu təlimlərlə Azərbaycan və Türkiyə bir daha bölgənin real hərbi-siyasi gücünün kim olduğunu göstərməkdədir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə start verilməsinin, genişmiqyaslı təlimlərin müxtəlif …

Read More »

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq …

Read More »

Dünyada ən iri silah istehsalçılarının ötənilki qazancı bəlli olub

Dünyada ən iri silah istehsalçıları 2021-ci ildə satışı artırmaqda davam ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutu (SİPRİ) məlumat yayıb. Qeyd olunub ki, 2021-ci ildə dünyada 100 ən iri hərbi sənaye şirkətləri tərəfindən həyata keçirilmiş silah və hərbi xidmətlər satışının həcmi 2020-ci illə müqayisədə 1,9 faiz artaraq 592 milyard dollara bərabər olub. Beləliklə, 100 ən …

Read More »

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-da aviasiya bazasını ziyarət edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya …

Read More »

Azərbaycan MN: “Təəssüf edirik ki, Rusiyanın sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”

“Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki oxunub. Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə …

Read More »

Erməni silahlıları Azərbaycan Ordusunun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 29-u saat 18:10-da …

Read More »