Şənbə , 21 Sentyabr 2024

Hərbi

Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib

Türkiyə nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrini ziyarət edib. Ziyarət Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları çərçivəsində baş tutub. Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq …

Read More »

Azad olunan ərazilərdə indiyədək 276 Azərbaycan vətəndaşı minaya düşüb, 46 nəfər həlak olub

“Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətlər həyata keçirərək öz qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da daxil olmaqla Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirməyi davam etdirir, bu da yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də mina qurbanlarının sayının artmasına səbəb olur”. Boyukmiillet.com-un xəbərinə görə, bu, Azərbaycan …

Read More »

Zakir Həsənov Ukraynadan Türkiyəyə qayıdan pilotlarla görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan “A400m” təyyarələrinin pilotları və onların ailələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər. Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib. Xatırladaq ki, humanitar yardımların …

Read More »

Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə idə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Müdafiə Nazirliyi azad olunan ərazilərdəki hərbi hissələrə işə qəbul elan edib

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, …

Read More »

Zakir Həsənov: “Qardaş yumruğu”nun regionda sülhün və təhlükəsizliyin təminində böyük rolu var”

Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. Əvvəlcə …

Read More »

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Kollegiya iclasında Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib. Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və …

Read More »

Ermənistan silahlı bölmələri DSX-nin Zəngilandakı mövqelərini atəşə tutub

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, …

Read More »