Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış Azər Yusifova narkotik maddəni satmaqda şübhəli bilinən Novruz Aylarov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. …
Read More »Baş Prokurorluğun böyük prokurorunun qulluq keçməsinə xitam verilib
Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayevin qulluq keçməsinə xitam verilib. Boyukmillet.com xəbər verir ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunun veteranlarının yubileyləri ilə əlaqədar tədbir keçirilib. Yubilyar veteranlar – İsmayıl Kazımov 75 və Sultan Əliyev isə 85 yaşının tamam olması münasibətilə Baş prokurorun imzaladığı əmrlə “Azərbaycan …
Read More »Bakıda qadın sərnişinlərə əxlaqsız təkliflər edən sürücülər müəyyənləşib
Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə …
Read More »Türkiyədə əməliyyat keçirilib, İŞİD-in 18 üzvü saxlanılıb
Türkiyə təhlükəsizlik qüvvələri paytaxt Ankarada yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 18 üzvü şübhəli qismində saxlanılıb.
Read More »İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb
May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri – Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi …
Read More »Bakıda tarixi binaya müdaxilə faktı aşkarlanıb
Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi tikili (abidə) binaya müdaxilə faktı aşkarlanıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edilib ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir: …
Read More »Qadınların görüntülərini yayan polkovnikə qarşı 292 min manatlıq mülki iddia qismən təmin edilib – EKSKLÜZİV
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyev barəsində qaldırılan mülki iddia qismən təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, iş üzrə zərərçəkmiş qadınlardan birinin təqsirləndirilən şəxsə qarşı qaldırdığı 292 min manatlıq mülki iddianın yalnız …
Read More »Vilyam Hacıyevin ailəsinin müsadirə olunmuş əmlakları ilə bağlı qərar çıxarılıb
Ali Məhkəmə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin müsadirə olunmuş əmlaklarının geri qaytarılması üzrə qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Boyukmillet.com xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, maraqlı şəxs və eyni zamanda “Xəzər-222’’ MMC-nin təsisçisi C.İbrahimova və vəkili Yusif İsmayılov tərəfindən birgə …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb. …
Read More »Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralılar var
Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
