Dünən metroda vəfat edən şəxsin kimliyi və ölüm səbəbi bəlli olub. Saat 18:30 radələrində “Nərimanov” stansiyasında Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Aydın Rəhman oğlu Quliyev ürək çatışmazlığından vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
Read More »Mərakeş və Pakistan vətəndaşları Azərbaycan sərhədini pozmağa cəhd göstərib
Mərakeş və Pakistan vətəndaşları Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, Mərakeşin iki vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərib. Bundan başqa, Pakistanın üç vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Normanın da Azərbaycan sərhədini Gürcüstan istiqamətində pozmaq istəyinin qarşısı alınıb. …
Read More »Gümrü merinin qohumu və Karapetyanın hərəkat üzvü həbs ediliblər
Ermənistanda istintaq təcridxanasında olan iş adamı Samvel Karapetyanın “Öz yolumuzla” hərəkatının üzvü, vəkil Ruben Mxitaryan “Gümrü iğtişaşları” işi üzrə iki aylıq müddətə həbs edilib. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Vəkil oktyabrın 20-də Gümrüdə saxlanılıb. O, aksiya keçirilən yerdə hüquq müdafiəçisi qismində iştirak edib. Vəkillər Palatası artıq onun saxlanılmasını pisləyib və bunu qanunsuz …
Read More »Bakıda 17 yaşlı yeniyetmənin bağırsağından taxta çıxarılıb
Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Bu barədə KTM-dən məlumat verilib. Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb. Nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub. Əməliyyat …
Read More »Azərbaycana qaçaqmalçılıqla narkotik vasitələr gətirən “TIR” sürücüsü saxlanılıb
Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin, M.Quliyevin idarə etdiyi “Mercedes” …
Read More »Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə …
Read More »Gürcüstanda sabiq yüksək vəzifəlilərin evlərində axtarış aparılıb
Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat çərçivəsində heç kimin saxlanılmadığını bildirir Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashvili və keçmiş baş prokuror Otar Partxaladzenin evlərində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Prokurorluğun məlumatına görə, əməliyyat zamanı elektron avadanlıqlar, sənədlər və külli miqdarda pul götürülüb. Gürcüstan Baş Prokurorluğu bildirib ki, müxtəlif cinayət işlərinin istintaqı çərçivəsində dünən, oktyabrın 17-də …
Read More »Rusiyada azərbaycanlı alverçi bazarda öldürüldü
Bu ilin yazında Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib. Lent.az yerli mediaya istinadla bildirir ki, alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən “Sadovod” bazarının dayanacağında qətlə yetirilib. Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin …
Read More »Yekaterinburq məhkəməsi Səfərov qardaşları ilə bağlı QƏRAR VERDİ
Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi əvvəlki illərdə adam öldürməyə cəhd və adam öldürmə ittihamı ilə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb. Boyukmillet.com xəbər verir ki, bu barədə URA.RU-ya Sverdlovsk vilayəti Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 29-dək uzadılıb. Qeyd …
Read More »“Ramiz Mehdiyevin həbsini çoxdan GÖZLƏYİRDİM” Misir Mərdanovdan OLAY KİMİ MÜSAHİBƏ (Video)
Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra zamanında onunla gərgin münasibətlərdə olan siyasətçilər, hakimiyyətdə təmsil olunmuş şəxslər də bir-bir çıxıb bu barədə danışdılar. Çoxları onun zamanında törətdiyi əməlləri, haqsızlıqları ifşa etdi, bəziləri isə çoxlarının bilmədiyi fəaliyyət yönləri ilə bağlı danışdı. Eks təhsil naziri Misir Mərdanov TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına müsahibəsində R.Mehdiyevlə bağlı bir çox gizlinləri açıqlayıb. O, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar