Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana …
Read More »Parlamentdə mina terroru qurbanları ilə bağlı tədbirlər olacaq
Milli Məclisdə insan hüquqları, mina terroru qurbanları və beynəlxalq məhkəmə-hüquq institutlarının fəaliyyətinə həsr edilən görüş və tədbirlər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına daxil edilib. Belə ki, “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması” mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin komitə “Vəkillik institutu-vətəndaşların insan …
Read More »Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 6 kiloqram tiryək aşkarlanıb
Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb. Həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb. Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik …
Read More »Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin rüşvət almaqda təqsirləndirilən sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Saleh Novruzinin və Tahir Vəliyevin 10 il, Yadulla Balışovun 10 …
Read More »Bakıda əyləncə klubunun fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda əyləncə klubunun fəaliyyətini dayandırıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı …
Read More »Sabirabadda evdən içərisində 60 min manata yaxın pul olan seyf oğurlanıb
Sabirabad rayonunun Moranlı kəndi ərazisində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Araz Qarayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 min 500 manat və 12 min ABŞ dolları olan seyfi oğurlayıb. …
Read More »Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı …
Read More »Xankəndidə təxribat yaratmaq istəyən erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var
2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və …
Read More »“Culfa” gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb
Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram …
Read More »“Vüsal 300” kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur
“Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, “Vüsal 300” bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur. Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
