Balakəndə avtoxuliqanlıq edən və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücülər məsuliyyətə cəlb olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Belə ki, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 …
Read More »Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin “qara qutusu” tapıldı
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 “Herkules” təyyarəsinin Gürcüstanda qəzaya uğramasından sonra aparılan axtarışlar nəticəsində təyyarənin “qara qutusu” aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat “A Haber” telekanalının canlı efirində açıqlanıb. Hadisə ilə bağlı istintaq davam edir, “qara qutunun” deşifrə olunması qəzaya səbəb olan amillərin dəqiq müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Read More »Qəzaya uğrayan “C-130” təyyarəsi ilə bağlı YENİ DETALLAR
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” yük təyyarəsi ilə bağlı yeni detallar məlum olub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin “Sözcü” qəzeti qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsinin uzun bir tarixə malik olduğunu bildirib. Qəzetin məlumatına görə, təyyarə 1968-ci ildə istehsal olunub və ilk olaraq Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində istifadə edilib və istismardan çıxarılıb. 2010-cu ildə isə təyyarəni …
Read More »Əkrəm İmamoğluna 2 min 352 ilə qədər həbs cəzası istənilib, 402 nəfərə ittiham irəli sürülüb
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 şübhəli barəsində ittiham irəli sürülüb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, “İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı”na qarşı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 402 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında, ümumilikdə, 143 fərqli hərəkət üzrə İstanbul Ağır Cəza Məhkəməsində …
Read More »Azərbaycan FHN ehtiyac yaranacağı halda Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb ediləcək
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub. Nazir K.Heydərov ölkə Prezidenti İlham …
Read More »Türkiyənin Azərbaycandan uçan hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb
Bu gün, noyabrın 11-də Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. “Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”, – məlumatda deyilir.Gürcüstan Daxili İşlər Nazirliyi təyyarə qəzasını təsdiqləyib. Məlumata əsasən, Türkiyənin yük təyyarəsi noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində qəzaya uğrayıb. Qurumdan araşdırma aparıldığını bildirirlər. …
Read More »Bakı-Qazax yolunda təmir səbəbindən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib
Bakı-Qazax yolunda təmir səbəbindən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd edilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur. Bununla əlaqədar hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti …
Read More »Xəzər sahilində helikopter qəzası: ölənlər rəhbər şəxslər olub
Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə beş nəfər ölüb. “Telеqraf” nəşri yazır ki, hadisə yerindən yayılan kadrlarda Ka-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarəetməni itirir …
Read More »Məhkəmə 2 milyon ələ keçirən dələduzu belə xilas edir – cinayət məsuliyyətindən qaçış planı işə düşüb!
Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə proses növbəti dəfə təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən son iclas da əvvəlki kimi baş tutmayıb. Artıq bir neçə aydır ki, iş üzrə məhkəmə iclasları müxtəlif bəhanələrlə təxirə salınır. Bu isə zərərçəkmişlərin ciddi narazılığına səbəb olub. Onlar hesab edirlər ki, müttəhim Qədim Ədilovun vəkili Ramin Qocayev …
Read More »Səhvən kartına 120 min manat pul gəldi
Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb. Boyukmillet.com-un məlumatına görə bank səhvi uzun müddət bilməyib, professor özü pulu qaytarmaq üçün bankla əlaqə saxlayıb. Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
