Cümə , 17 Yanvar 2025

İdman

Üç güləşçimiz Avropa çempionatında finala yüksəldi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq-da yarışan Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan güləşçi adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. …

Read More »

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

İyulun 2-də isveçrənin Cenevrə şəhərində start götürəcək akrobatika gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Boyukmillet.com xəbər verir ki, üç gün davam edəcək yarışa Murad Rəfiyev və Daniel Abbasov yollanıb. Onlar kişi cütlüyü proqramında çıxış edəcəklər. Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə elə eyni məkanda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında qarışıq hərəkətlər proqramında bürünc medal …

Read More »

Avropa çempionatı: Güləşçimiz ermənini məğlub etdi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb. Boyukmillet.com xəbər verir ki, ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb. Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub. Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. O, daha sonra Fransa …

Read More »

Erməni rəqibini udan azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıdıb

Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 23 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb. Qeyd edək ki, Elnar İbrahimov keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.

Read More »

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti bəlli oldu

İyunun 28-də Almaniyanın Dortmund şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş millisinin heyəti açıqlanıb. Federasiyadan “Report”a verilən məlumata görə, 6 gün davam edəcək turnirdə yığmanın 10 üzvü iştirak edəcək. Komandada böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Kənan Heybətov (61 kq), Sabir Cəfərov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl …

Read More »

Ronaldu cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib. Ronaldu bu barədə instaqram hesabındakı paylaşımında yazıb: “Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”. Qeyd edək …

Read More »

Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəldi

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Boyukmillet.com xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb. İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçu gərgin keçən …

Read More »

Millimiz tarixində ilk dəfə Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəni 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz …

Read More »

Daha bir güləşçimiz Polşada medal görüşünə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən “Poland Open” turnirində mübarizəyə başlayıb. Boyukmillet.com -un məlumatına görə, 82 kq-da çıxış edən idmançı 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb. Amma yarımfinalda ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzan Hüseynov finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək. Qeyd edək ki, daha əvvəl …

Read More »

Hacı Əliyev Polşada bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Polşanın paxtaxtı Varşavadakı “Poland Open” turnirində bürünc medal uğrunda görüşə çıxıb. “Report”un məlumatına görə, 70 kq-da mübarizə aparan 3 qat dünya və 3 qat Avropa çempionu gürcüstanlı Zurabi Yakobişvili ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Azərbaycanın iki sərbəst güləşçisi Hacı Əliyev və Şərif Şərifov Polşanın paxtaxtı Varşavadakı …

Read More »