Çərşənbə , 9 Aprel 2025

İNFRASTRUKTUR

Azərbaycan dənizçisi Qazaxıstan limanında gəmidən özünü suya atıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Bildirilir ki, dekabr 29-dan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb. Dekabr 30-u, saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü …

Read More »

Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Füzuli-Hadrut avtomobil yolu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın cari il martın 16-da işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı …

Read More »

Azərbaycan Rusiya ilə birlikdə gəmi istehsal edəcək

Azərbaycanla Rusiyanın Həştərxan vilayəti ilə gəmi istehsalı sahəsində birgə layihələr hazırlayacaq. Bu barədə Boyukmillet.com vilayət hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edilir ki, birgə layihələrin həyata keçirilməsi vilayətin qubernatoru İqor Babuşkinlə Azərbaycan nümayəndə heyəti arasında Həştərxanda baş tutan işgüzar görüşdə məlum olub. “Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək və …

Read More »

Zəngəzur dəhlizinə birləşən dəmiryol xətti üçün Kür çayı üzərində körpü tikilir

Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsində, Kür çayı üzərində yeni körpü tikilir. “Report”un Aran bürosu xəbər verir ki, körpünün tikintisi başa çatdıqdan sonra köhnə dəmir yolu körpüsünün yenidən qurulmasına başlanacaq. İnşaat işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC həyata keçirir. Şirkətin Tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlı “Report”un yerli bürosuna bildirib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən …

Read More »

Rusiya aviaşirkəti Füzuliyə uçuşlara başlayır

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə müvafiq icazə verib. Boyukmillet.com agentliyə istinadən xəbər verir ki, “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya …

Read More »

Qarabağda hidroloji stansiyalar quraşdırmağa yarım mln dollar xərclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidməti işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə avtomat hidroloji stansiyaların quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Turnkey Pro Solutions” MMC-dir. Qalib şirkətə 865 min manat (509 min ABŞ dolları) ödəniləcək.

Read More »

Azərbaycan FAO ilə birlikdə Qarabağda 200 hektardan çox meşəni bərpa edəcək

Bakıda “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi üzrə yekun seminar keçirilir. Boyukmillet.com  xəbər verir ki, layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu həyata keçirir. Seminarı giriş sözü ilə FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak açıb. Onun sözlərinə görə, qurumla Azərbaycan uğurlu əməkdaşlıq …

Read More »

Aİ Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilişini dəstəkləyib

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini bir daha ifadə edib. Boyukmillet.com xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda bildirib. O, Aİ-nın iqtisadi-investisiya resursları vasitəsilə …

Read More »

Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır. Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir. Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq …

Read More »

Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb. Boyukmillet.com məlumatı təqdim edir: 1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu – texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.– görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci km hissələrində torpaq yatağının tikintisi,1, 27,34, 37, 50, 62, 79-cu km-də …

Read More »