Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurduna köçürülməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb. Laçınlı İradə Hüseynova 30 ildir ki, məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, köçkünlük həyatını böyük kədər hissi ilə xatırlayır: “Laçına qayıtmağıma görə həm sevinirəm, həm də kədərlənirəm. Biz neçə ildir bu günü gözləyirdik. …
Read More »Ziyad Səmədzadə: “Azərbaycan Qarabağın bərpası üçün heç kimdən borc almır”
Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün heç kimdən borc almır. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Bakıda keçirilən “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda bildirib. O, ötən iki ildə Qarabağa 6,5 milyard manatdan çox vəsait xərcləndiyini və bu istiqamərdə maliyyələşdirmənin davam etdiyi söyləyib: …
Read More »Emin Hüseynov: “Mina təmizlənməsi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”
“Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra …
Read More »İsmail Serageldin: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”
“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”. Boyukmillet.com xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Üçüncü dəfədir Qarabağa səfər etdiyini xatırladan həmsədr bu ərazilərin operativ şəkildə bərpa edildiyini görməkdən şad olduğunu söyləyib. O, Qarabağın gələcəyinin və burada …
Read More »Şuşada beynəlxalq tədbir başlayıb
Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda beynəlxalq tədbir işə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edir. Mərasimin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.
Read More »Azərbaycan bu il Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub
2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri üçün nəzərdə tutulmuş 3 milyard manat vəsaitin təxminən 60 %-i (1,8 milyard manatı) artıq istifadə olunub. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib. “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır və Prezident İlham …
Read More »AŞPA-nın həmməruzəçiləri Ağdamda Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar
Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən …
Read More »Şuşada aşkarlanan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə əsir saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir
“Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir”. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb: “Ötən dövr …
Read More »Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciəti Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, – dövlət başçısının müraciətində bildirilib. Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, …
Read More »ANAMA rəhbəri: “Minalar sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”
“Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib. “Biz bu gün Ağdamdayıq. Bir vaxtlar gözəl olan …
Read More »