Ermənistanda yanacağın qiyməti qalxıb. Bu barədə “Aysor” məlumat yayıb. Bildirilib ki, “Premium” benzin 580 dram (2,30 manat), adi benzin 550 dram (2,18 manat), dizel yanacağı isə 570 dram (2,26 manat) olub. Məlumata görə, maye qazın bir litrinin qiyməti 0170 drama (0,67 manata) çatıb. İnformasiyaya əsasən, bütün növ yanacaqların qiyməti azı 40-50 dram (0,20 manat) qalxıb.
Read More »İrəvan Roma Statutunu ratifikasiya etdi
Ermənistan parlamenti BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib. Sitat.info xəbər verir ki, bu barədə Teleqram kanlları məlumat yayıb.
Read More »İranda həbs edilən Fəridlə bağlı yeni – Açıqlama
Oğlum Fəridin vəziyyəti yaxşıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb: “Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib”. D.Əsgərova …
Read More »Fransa Ermənistanda müdafiə missiyası açıb – Lekornu
Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir. Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində qeyd edib. “Prezident baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. O bildirib ki, bizim mütləq məqsədimiz Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır”, – Lekornu deyib. Nazir Fransanın Ermənistanda bugünədək mövcud olmayan müdafiə missiyası açdığını vurğulayıb: “Biz orada bugünədək mövcud olmayan …
Read More »Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir
“Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan “Faktor TV”nin efirində deyib. O hesab edir ki, bu, doğru qərardır. Qeyd edək ki, Ermənistandakı hökumət rəsmiləri bir müddət Rusiya dövlət mediasının Ermənistana qarşı hibrid müharibə şəraitində olduğunu bildirmişdilər. Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. …
Read More »Yerablurda yeni qəbirlər qazılır
Bu gün, sentyabrın 27-də, yəni 44 günlük müharibənin başlamasının 3-cü ilində Ermənistanın Yerablur hərbi panteonunda yenidən yeni qəbirlər qazılır. Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, dünən Ermənistanın Səhiyyə Nazirliyi Qarabağdan 125 cəsədin gətirildiyini açıqlamışdı. Bunların içində antiterror əməliyyatı zamanı məhv edilən Ermənistan ordusunun Qarabağda qalmış birləşmələrinin əsgərlərinin meyiti də var.
Read More »Türkiyədə terror aktı törətməyi planlaşdıran PKK üzvü məhv edilib
Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniyə bölgəsində yeni antiterror əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, nəticədə PKK/KCK terror qruplaşmasının üzvü Mazlum Öztürk məhv edilib. O, Türkiyədə böyük terror aktı törətməyi planlaşdırırmış.
Read More »Şoyqu: “Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir”
“Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında deyib. O bildirib ki, buna baxmayaraq, ABŞ və onun müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edir: “Ukrayna təlim keçməmiş, təcrübəsiz hərbçiləri döyüş meydanına atır. Qərbin bu cür hərəkətləri Ukraynanı məhvə doğru aparır”. Nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu ay 17 …
Read More »Polis İrəvanda küçələri bağlayan etirazçıları həbs edib
Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçıları saxlamağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İlk öncə polis etirazçılara mərkəzi prospekti açmaq üçün vaxt verib. Bu tələbə əməl edilmədikdə onları saxlamağa başlayıb. Məlumata görə, təxminən 10 nəfər polis bölməsinə aparılıb. Hazırda nümayişçilər İrəvanın digər küçələrini də bağlamağa çalışırlar.
Read More »Ermənistanda Paşinyana sui-qəsd və dövlət çevrilişi hazırlamaqda şübhəli bilinənlər həbs edilib
“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan sosial şəbəkələrdəki hesabında məlumat verib. Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub. Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Milli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar