Şənbə , 14 Fevral 2026

Region

“Akkuyu” AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətə başlaması ilə Türkiyənin ümumi daxili məhsulu 50 milyard dollar artacaq.  Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. “İldə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək bu stansiya ölkəmizi ildə 7 milyard kubmetr təbii qaz idxalından xilas edəcək. Bu, həmçinin karbon emissiyalarını ildə 35 …

Read More »

Tbilisi meri müxalifətə xəbərdarlıq edib: Bütün qanunsuz hərəkətlərə sərt reaksiya veriləcək

Müxalifətin “hökumət yerli seçkilərdə çoxlu sürprizlər gözləməlidir” kimi bəyanatları ölkədə sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür. “Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi meri Kaxa Kaladze Milli Hərəkatın üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən deyib. O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və …

Read More »

Nazir müavini: İranda Azərbaycan səfirliyinə hücum səbəbindən 1,8 milyon azərbaycanlı turisti itirdik

İranda Azərbaycan səfirliyinə hücum səbəbindən 1,8 milyon azərbaycanlı turisti itirdik. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın mədəni irs nazirinin müavini Anuşirəvan Möhsəni jurnalistlər üçün brifinqdə bildirib. “Azərbaycan vətəndaşlarına qarşı səfirlikdə baş verən hadisə nəticəsində Azərbaycandan 1 milyon 800 min turist itirdik”, – İran rəsmisi bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə …

Read More »

İstanbulun 6 rayonunda kütləvi tədbir və mitinqlər qadağan edilib

Türkiyənin İstanbul şəhərinin altı rayonunda kütləvi tədbir və mitinqlər sentyabrın 11-nə qədər qadağan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İstanbul vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, sentyabrın 10-u yerli saatla 23:59-a qədər Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında bütün mitinq, mətbuat açıqlaması, açıq hava toplantıları, aksiyalar, çadır qurma, stend açma və s. bu qəbildən olan bütün kütləvi tədbirlər …

Read More »

Urmiya gölü tamamilə quruyub

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub. Boyukmillet.com bu barədə TRT-yə istinadən məlumat verir. Qeyd olunub ki, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb. Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər. Onu da bildirək ki, Tehran administrasiyası gölün bərpası üçün 6 …

Read More »

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin keçmiş rəhbəri istintaq altındadır

Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarovun rəhbər vəzifələrdə olduğu müxtəlif dövrlərdə səlahiyyətlərini aşması, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə istintaq başlanıb. “Report”un Qazaxıstan bürosunun Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bütün cinayət işləri üzrə xüsusi prokurorların rəhbərliyi altında istintaq-əməliyyat qrupları yaradılıb. Qazaxıstan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201-ci …

Read More »

Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb

Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib. Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub. Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.

Read More »

Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq

2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və “Yol Departamenti” fondu olub. Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 – 199+000 km hissəsində çəki stansiyasının …

Read More »

Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluq ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib. Boyukmillet.com TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib. Prezident Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb. Dövlət başçısı, həmçinin Türkiyə …

Read More »

Ərdoğan ŞƏT sammitində Paşinyanla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüş keçiriblər.  Bu barədə Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir. Liderlər regionda sabitlik və sülhün qurulmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar. Ərdoğan və Paşinyan, həmçinin qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların qorunmasının vacibliyini qeyd ediblər. Tərəflər dialoqu davam …

Read More »