Rusiya Baş nazirinin müavini Aleksandr Novakla Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə tərəflər iqtisadiyyatın əsas sahələrində ölkələr arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər. Rusiya ilə Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və inkişaf etməkdə davam etdiyi qeyd edilib. Rəsmilər ölkələr arasında nəqliyyat sektoru və logistika, sənaye və kənd təsərrüfatı, turizm sahələrində inkişaf edən …
Read More »Nikol Paşinyan: “Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur”
“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir: “İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır”. N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin …
Read More »Ermənistan naziri: “Laçın dəhlizinə alternativ yol yazda hazır olacaq”
“Laçın dəhlizinə alternativ yolun tikintisi yazda bitəcək. Tikinti başlayıb, texnika işləyir, yol çəkilir”. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib. “Biz onu üç hissəyə bölmüşük və fəal işləyirik”, – o əlavə edib. Qeyd edək ki, erməni silahlı dəstələri 1992-ci il may ayının 18-də Laçını işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan …
Read More »Türkiyənin XİN rəhbəri Malaziyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib
Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. “Strateji tərəfdaşımız Malaziyanın Baş naziri İsmail Səbri Yaakobla görüşdük. Onun ötən ay ölkəmizə səfəri zamanı qəbul edilmiş qərarları nəzərdən keçirdik”, – M.Çavuşoğlu tviterdə yazıb. O, tərəflərin yenilənmiş Azad Ticarət Sazişi imzalayacağını vurğulayıb. Türkiyə və Malaziya ticarət …
Read More »İran nüvə sazişinə qayıdış şərtini açıqlayıb
İran Amerika Birləşmiş Ştatlarından iqtisadi səmərəyə dair zəmanət aldıqda, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə tam əməl etməyə qayıdacaq. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi deyib. “İran 2021-ci ilin aprel ayından sazişin tam icrasını bərpa etmək üçün digər iştirakçılarla vicdanla danışıqlar aparır. Bu məqsədə nail olmaq ləngiyir, çünki ABŞ hələ də İranın …
Read More »İrəvanda hökumət binası qarşısında etiraz aksiyası olub, saxlanılanlar var
Ermənistanın paytaxtı İrəvanda, hökumət binası qarşısında aksiya olub. Boyukmillet.com xəbər verir ki, paytaxt polisinin əməkdaşları hakimiyyətə etiraz edən qadına qarşı zorakılıq tətbiq ediblər. Bundan sonra o, polis bölməsinə aparılıb. Asayiş keşikçiləri bundan sonra hakimiyyətə dinc etiraz edən qadının saxlanılması səbəblərini polisdən açıqlamağı tələb edən fəal Ovannes İşxanyanı da saxlayıblar. Məlumata görə, polis əməkdaşları tərəfindən daha bir neçə nəfər saxlanılıb.
Read More »Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin səbəbindən danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib. “Əvvəlcə – Balkan yarımadası ölkələri, sonra – Tayvan, indi bəlkə də Cənubi Qafqaz… Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, bütün münaqişələr olmazdı”, …
Read More »Türkiyədə silahlı hücum olub, yaralılar var
Türkiyədə silahlı hücum olub. Boyukmillet.com xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Esenyur rayonunda 3 nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıb.
Read More »Türkiyədə hərbi hissədə partlayış baş verib, 2 nəfər yaralanıb
Türkiyənin Şırnak ərazisində Jandarm Komando Briqada Komandanlığında yanğın baş verib. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb DM-16 işıqlandırma sursatının alışması və partlaması olub. Yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, itki yoxdur.
Read More »Türkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb
2011-ci ildən Türkiyədə terror fəaliyyətində iştirak etmiş 102 müxtəlif ölkədən olan 9 min silahlı deportasiya edilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti məlumat yayıb. Deportasiya edilən əcnəbilər arasında ABŞ və Avropa İttifaqı ölkələrinin 1 168 vətəndaşı var. “Aİ ölkələri Türkiyədən deportasiya edilən muzdluların sayına görə liderdir. Təkcə 2019-cu ildə Aİ-nin 12 ölkəsinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar