Cümə axşamı , 19 Fevral 2026

Region

KKTC Prezident Adminstrasiyası: Rum tərəfi günahkarlara qarşı məhkəmə iddiasından imtina edir

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezident Adminstrasiyası rum tərəfinin Kıbrıs Türk itkin ailələrinin acılarını yeniləmək bahasına rum polisinə verdiyi ifadələrə və günahkarların təsbit edilməsinə rəğmən onlara qarşı cinayət işi açmaqdan imtina etdiyi gerçəyini yenidən vurğulmaq istədiklərini qeyd edib. Boyukmillet.com-un məlumatına görə, Prezident Adminstrasiyasından verilən yazılı açıqlamada xatırladılıb ki, KKTC prezidenti Ersin Tatar aprelin 7-də BMT-nin Məcburi və ya Məcburi İtkinlər …

Read More »

TBMM qondarma “erməni soyqırımı”na dair qanun layihəsini geri qaytarıb

“Təəssüf ki, Türkiyə Böyük Millət Məclisində də diaspora casusu var. Hansı ki, o, qondarma “erməni soyqırımı”na dair qanun layihəsini məclisə təqdim edib. Çox şükür ki, bu biabırçı qanun layihəsi geri qaytarılıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib. Onun sözlərinə görə, belə bir qanun layihəsini hazırlamaq türk millətinə, onun əcdadına qarşı təhqirdir. …

Read More »

Zelenski Ukraynanın azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bu günə qədər Rusiya hərbçilərindən azad edilən şəhər və kəndlərin sayını açıqlayıb. Bu barədə “Report” Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verir. Dövlət başçısı qeyd edib ki, ümumilikdə 931 yaşayış məntəqəsi azad edilib. “Hazırda 931 yaşayış məntəqəsi işğaldan azad edilib. Bir çox şəhər və icmalar Rusiya ordusunun müvəqqəti nəzarəti altındadır, lakin şübhə etmirəm ki, bizim torpaqlarımızı azad etməyimiz zaman …

Read More »

Zelenski müharibənin nə vaxt bitəcəyindən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin nə vaxt bitəcəyi və ölkəsi üçün nəyin qələbə ola biləcəyindən danışıb. Boyukmillet.com xəbər verir ki, Zelenski bu barədə ənənəvi gecə müraciəti zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu sual mövcuddur, həm də onun sadə cavabı yoxdur. “Qələbə olanda hamı bunu hiss edəcək. Sülh gələndə bunu hamı görəcək. Amma bunun daha sürətli baş verməsi …

Read More »

Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığının mövzusunu açıqlayıb. Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb. “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq. Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara …

Read More »

Lavrov: ”Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq”

“Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq, lakin onun parametrləri bağlandığı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Hər bir vəziyyətdə olduğu kimi, silahlı qüvvələrin tətbiq edilərkən əlbəttə hər şey müqavilə ilə başa çatacaq, lakin onun parametrləri bu müqavilənin reallaşacağı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək”, – nazir vurğulayıb.

Read More »

Prezident Ofisi: “Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq”

“Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı ən qısa müddətdə xüsusi tribunalın işə salınması üçün addımlar atılır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Andrey Smirnov deyib. “Hazırda tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır, tribunalın yaradılması və fəaliyyətinin optimal formatı müəyyənləşdirilir. Bu ideyanı Avropa və dünya ziyalıları, aparıcı beynəlxalq hüquqşünaslar, ictimai xadimlər dəstəkləyiblər. Müharibədə iştirak edən …

Read More »

Putin məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb

Prezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb. Boyukmillet.com xəbər verir ki, Putin bunu aprelin 25-də Rusiya Baş Prokurorluğunun genişləndirilmiş kollegiya iclasında bildirib. “Rusiya iqtisadiyyatında yeni reallıqda sabitlik və fasiləsiz işləmək üçün sözsüz bütün imkanlar var”, – V.Putin deyib. Onun qənaətincə, Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdi alınmayıb.

Read More »

Hulusi Akar: “Antiterror əməliyyatı nəticəsində 56 terrorçu zərərsizləşdirilib”

“Pəncə Kilid” antiterror əməliyyatı başlayandan bu gündək 56 terrorçu zərərsizləşdirilib”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqla sərhəddə əməliyyatın gedişini izləyərkən bildirib. Nazir şəhidləri yad edərək deyib: “Onların qanları yerdə qalmadı və qalmayacaq. Əməliyyatımızın uğurla başa çatması ilə birlikdə sərhədi tamamilə bağlayacağıq. Terrorçuların sərhədlərimizə girməsi mümkün olmayacaq. Fəaliyyətimiz qonşu İraqın ərazi bütövlüyünə …

Read More »

Rusiya ABŞ-a nota göndərib

Rusiya ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossia-24” telekanalına müsahibəsində bildirib. “800 milyon dollar, bu, Vaşinqtondan Kiyevə tədarük olunacaq silahların dəyəridir. Bu, böyük rəqəmdir, bu, diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir. Biz nota göndərmişikmi? Bəli, biz ABŞ-ın Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğuladıq, biz bu təcrübənin dayandırılmasını …

Read More »