Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, Akar atəşkəsin elan edilməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, bildirib ki, Türkiyə humanitar yardımla bağlı dəstəyini davam etdirəcək.
Read More »Ukrayna kəşfiyyatı separatçıların Mariupolda verdiyi itkiləri açıqlayıb
Çoxu Ukraynanın Mariupol şəhərində gedən döyüşlərdə öldüyündən qondarma Donetsk Xalq Respublikasında “xalq milisləri” praktiki olaraq qalmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsindən bildirilib. Məlumata görə, Mariupol istiqamətindəki döyüşlərə Rusiya qondarma qurumun “Daxili İşlər Nazirliyi”nin bütün şəxsi heyətini, o cümlədən “Respublika”nın “daxili qoşunları”nı, “DİN-in Donetsk akademiyası”nın “kursantları”nı da cəlb edib. Onların verdiyi canlı qüvvə itkisinin …
Read More »Ukrayna ordusu daha üç yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının sədri Oleq Sinequbov sosial şəbəkədə yazıb. “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək düşməndən Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərini Rusiya qoşunlarını çıxararaq mövqelərini möhkəmləndiriblər”, – o bildirib.
Read More »Prezident Ofisi: “Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”
“Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Çünki Ukrayna Rusiya ilə “Minsk-3” və ya “Minsk-4” formatında razılığa gələrsə, bir müddətdən sonra yenidən müharibə başlayacaq. Bizim üçün vacib olan hüquqi olaraq savaşı bitirməkdir. Rusiya davamlı olaraq kiminləsə müharibə aparacaq. Ona görə də biz elə razılaşma əldə etməliyik ki, …
Read More »Hulusi Akar: “Son yeddi ildə 34 175 terrorçu zərərsizləşdirilib”
Türkiyə Silahlı Qüvvələr bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ordu başçıları ilə birlikdə Gazi Orduevində şəhid ailələri və qazilərlə görüşdə bildirib. Onun sözlərinə görə, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib: “Türkiyə Silahlı Qüvvələri ölkə tariximizin ən çətin günlərini yaşayır. Bir …
Read More »Nikolayev şəhərində güclü partlayış baş verib
Ukraynanın Nikolayev şəhəri və vilayətinin müdafiəçiləri ilə Rusiya qoşunları arasında mübarizənin yeni mərhələsinə başlanılıb. Boyukmillet.com-un UNİAN-a istinadən məlumatına görə, yerli vaxtla saat 05:35-də (Bakı vaxtı ilə 06:35) şəhərdə güclü partlayış olub. Sakinlərdən xahiş olunub ki, sığınacaqlardan çıxmasınlar.
Read More »Ukrayna Baş Qərargahı: “Rəqibin 9 tankı, 18 zirehli texnikası məhv edilib”
Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksinin batereyası yerləşdirib. İzyumun cənubunda rəqib hücuma keçib: “Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib”. Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir: …
Read More »Prezident Ofisi: “Mariupolun müdafiəçiləri təslim olmayacaqlar”
“Mariupolun müdafiəçiləri təslim olmayacaqlar”. Bouyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Bu, prinsipial məsələdir. Azov” alayı şəhərin müdafiəsini qoruyacaq”, – o bildirib. M.Podolyak həmçinin söyləyib ki, Mariupolda insanların təxliyəsi Rusiyanın reputasiyasına müsbət təsir edə bilər: “Kiyevdə baş verənlərdən sonra Rusiya Mariupolda sübut edə bilər ki, hələ insanlığı itirməyib”. Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri …
Read More »Baş Qərargah: “Son sutkada Rusiyanın 10 yerüstü, 15 hava hədəfi məhv edilib”
“Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, by məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini …
Read More »Zelenski Ukraynanın müharibədən sonra bərpası üçün Milli Şura yaradıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibədən sonra bərpası üçün Milli Şura yaradıb. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb. Nazirlər Kabinetinə iki həftə müddətində onun informasiya-analitik dəstəyini həyata keçirəcək orqanı müəyyən etmək tapşırılıb. Milli Şuraya Prezident Ofisinin rəhbəri və onun müavinləri, Ali Radanın bütün komitələrinin rəhbərləri, Baş nazirin müavinləri və bütün nazirliklərin rəhbərləri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar