Cümə axşamı , 19 Fevral 2026

Region

Rusiya Zelenskiyə sui-qəsd cəhdini təkzib edib

“Rusiya hakimiyyətinin Ukrayna Prezidenti Volodimir Zelenskini qətlə yetirmək istəməsi barədə məlumatlar həqiqət deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezdentinin mətbuat katibi Dmitri Peskov bildirib. Qeyd edək ki, Rusiyanın “Vaqner” qrupu üzvlərinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ölkənin Baş naziri Denis Şmıqala qarşı sui-qəsd planlaşdırdığına dair xəbər yayılmışdı. Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski sui-qəsd planı ilə bağlı sübutların Beynəlxalq …

Read More »

Ukrayna Baş Qərargahı: “Xersonun üç yaşayış məntəqəsi işğaldan azad olunub”

“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum əməliyyatına hazırlaşırlar”. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. “Düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər cəlb edir. 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə …

Read More »

Ukraynada Axtırka Diyarşünaslıq Muzeyindəki Azərbaycan guşəsi köçürüləcək

Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov müharibədən ən çox zərər çəkən və artıq qəhrəman şəhər elan edilən Axtırkaya səfər edib. Bu barədə  Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində II Dünya müharibəsi zamanı Axtırkanın işğaldan azad edilməsində şücaət göstərmiş Museyib Bağırovun şəxsi əşyalarının və xatirə güzşəsinin olduğu Axtırka Diyarşünaslıq Muzeyinə baxış keçirib. Qeyd edək ki, …

Read More »

Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşib – SİYAHI

Azərbaycan və Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşib. “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır: 1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün: Dəmiryolu “Böyük-Kəsik (Azərbaycan) – Qardabani …

Read More »

Ukrayna Prezidentinin Ofisi müharibənin sonu barədə proqnozunu açıqlayıb

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin başa çatacağı ilə bağlı yeni proqnozunu açıqlayıb. Bu barədə Boyukmillet.com UNİAN-a istinadən xəbər verir. Aleksey Arestoviç, həmçinin Rusiya hərbçilərinin paytaxt Kiyev yaxınlığındakı mövqelərinə qayıda bilmələri və Xarkovu tutmaq ehtimalları ilə bağlı fikirlərini bölüşüb. “(Rusiya hərbçiləri-red) Aprelin sonu – mayın əvvəlində öləcəklər, hücum edə bilməyəcəklər. Hətta ərazimizdə qalsalar da, yaşıl ot görünən kimi biz …

Read More »

Türkiyənin vitse-prezidentindən Kıbrıs türkləri ilə həmrəylik mesajı

Türkiyənin vitse-prezidenti Fuat Oktay 1955-ci il aprelin 1-də Kipr türklərinə qarşı silahlı aksiyalara başlayan EOKA terror təşkilatını lənətləyib.  Boyukmillet.com xəbər verir ki, Fuat Oktay bu barədə sosial media hesabındakı paylaşımında yazıb. “67 il öncə əllərindəki silaha, qəlblərindəki şərə sarılıb, acılarla dolu bir dönəmi başladan Enosisçi EOKA terror təşkilatını lənətləyir, qəhrəman şəhidlərimizi rəhmətlə anıram. Dünən olduğu kimi, bu gün də Kıbrıs …

Read More »

Rusiya ordusu Xarkov şəhərini atəşə tutub, ölənlər var

Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub, nəticədə ilkin məlumata görə, 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olan 34 nəfər yaralanıb. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, qəsdən adam öldürmə, eləcə də müharibə qanunlarını və adətlərini pozma maddələri ilə cinayət işi açılıb

Read More »

Quzey Kıbrıs Türk Dövlətləri Təşkilatında təmsil olunmaq niyyətindədir – Ersin Tatar AÇIQLADI

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar KKTC-nin müşahidəçi dövlət kimi Türk Dövlətləri Təşkilatında öz layiqli yerini tutmasının vacibliyini vurğulayıb.  Boyukmillet.com bildirir ki, Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qonağı olaraq səfərdə olduğu Bursadakı görüşlərini başa çatdırıb.  Prezident görüşləri ilə bağlı verdiyi açıqlamada, “Ana Vətən Türkiyə Cümhuriyyəti və türk dövlətləri arasında əlaqələri gücləndirmək üçün bu cür fəaliyyətlərin təşkilinə böyük …

Read More »

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb 

Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb. Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur. Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi – Ruslan …

Read More »

Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir

Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib. O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb. “Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə …

Read More »