Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib. “Report”un Muğan bürosunun məlumatına görə, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər. Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: “Hüseyn özü də …
Read More »Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Bildirilib ki, indiyədək 16 400 hərbçi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd …
Read More »Avropa İttifaqının nümayəndəsi nüvə sazişini müzakirə etmək üçün İrana səfər edəcək
Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə etmək üçün Tehrana səfər edəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Aİ rəsmisi tviterdə yazıb. “Mən sabah Əli Baqeri Kəni (nüvə sazişi danışıqlarında İranın nümayəndə heyətinin rəhbəri) ilə görüşmək üçün İrana gedirəm. Vyana danışıqlarındakı son boşluqları doldurmağa …
Read More »Ərdoğan: “İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”
“Azərbaycan Prezidenti İlham Əliyev qardaşımın səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. Özü də Rusiyanı ən yaxşı tanıyan liderlərdəndir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Onun Putinlə münasibətləri də məlumdur. Bu müharibəni də ən yaxşı təhlil edənlərdən biridir. Bu məsələləri özü ilə çox açıq, konkret danışmaq fürsətimiz olub”, – dövlət başçısı deyib.
Read More »Ukrayna ordusu bir yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib. O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib. “İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi – Lyubimovka, Novozlatopol və bu günə …
Read More »Rusiya Milli Qvardiyasının döyüşçüləri Ukraynaya getməkdən imtina edib
Rusiya Milli Qvardiyasının OMON “Plastun” əməliyyat bölüyünün tağım komandiri, polis kapitanı Farid Çitav 11 döyüşçüsü ilə birlikdə Ukrayna sərhədini keçməkdən imtina edib. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Meduza” nəşri döyüşçülərin vəkillərinə istinadən yazır. Onlar imtinanı sərəncamın qanunsuzluğu ilə izah ediblər. “Onların heç birinin xarici pasportu və ya Rusiya ərazisini tərk etmək niyyəti olmayıb, birbaşa rəsmi vəzifələri …
Read More »Zelenskidən sülh və qələbə vədi
Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında əmin edib ki, ölkə sülhün erkən başlaması və müharibədə qələbənin yaxınlaşması üzərində daim çalışır. Boyukmillet.com-un məlumatına görə, bu barədə “RBK-Ukraina” Zelenskinin müraciətinə istinadən xəbər verir. “Biz hər zaman çalışırıq. Ölkə sülhə doğru getməli, irəliyə hərəkət etməlidir. Müdafiəmizin hər günü ilə ehtiyac duyduğumuz sülhü daha da yaxınlaşdırırıq və qələbəni yaxınlaşdırırıq. Bu müharibə isə qələbə olmadan …
Read More »Paşinyan: “Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”
“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O qeyd edib ki, dünyada və regionda vəziyyət gərgindir: “Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”. Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası …
Read More »Ukrayna MN: “Rusiyanın daha 7 hərbi təyyarəsi, 1 helikopteri, 1 PUA-sı məhv edilib”
Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə …
Read More »ABŞ nəşri: “Azərbaycan Ordusu Ermənistanın hərbi texnikasını darmadağın etdi”
“Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi texnikasını darmadağın etdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər ABŞ-ın “Vice.com” saytında dərc olunan məqalədə əksini tapıb. Müəllif Mettey Qaltın “Vurulmuş tanklar Rusiyanın hərbi uğursuzluqlarının simvoludur” sərlövhəli məqaləsi Rusiya-Ukrayna müharibəsinə həsr olunub. Lakin müəllif döyüşlər barədə təhlil aparan zaman Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki peşəkarlığına xüsusi diqqət ayırıb. Məqalədə vurğulanıb ki, Ukrayna …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar