Kanadanın baş naziri Castin Tryudo bəyan edib ki, ölkəsi Rusiyadan xam neft idxalını qadağan etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanadanın baş naziri mətbuat konfransında deyib “Bu gün biz həmçinin Rusiyadan bütün xam neft idxalına qadağa qoymağı planlaşdırdığımızı elan edirik” – deyə o qeyd edib.
Read More »Türkiyə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmiləri buraxmayacaq
“Türkiyə bütün sahilyanı və sahilyanı olmayan ölkələrə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmilərin keçməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. “Biz Montrö Konvensiyasında nəzərdə tutulan müddəaları yerinə yetirmişik və yerinə yetirməkdə davam edəcəyik. Bu günə qədər hərbi gəmilərin keçidi ilə bağlı bir dənə də olsun müraciət almamışıq. …
Read More »Ukrayna DİN: “Xarkov “Qrad” atəşinə tutulub, onlarla ölən var”
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib. Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var. “Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.
Read More »Ukraynanın nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Ukrayna-Belarus sərhədinə gəlib
Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov …
Read More »Volodimir Zelenski: “Hər birimiz prezidentik, döyüşçüyük”
“Mən prezident olmaq istəyəndə deyirdim ki, hər birimiz prezidentik”. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı Volodimir Zelenski fevralın 28-də xalqa müraciətində bildirib. “Bu gün hamımız ölkəmiz, gözəl Ukraynamıza görə məsuliyyət daşıyırıq. Belə oldu. İndi hər birimiz öz yerində döyüşçüdür. Əminəm ki, hər birimiz qalib gələcəyik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Read More »Ukrayna Müdafiə Nazirliyi Rusiyanın hücumları ilə bağlı son durumu açıqlayıb
“Rusiya işğalçıları tempi azaltsa da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”. Nazirliyin informasiyasına …
Read More »Danimarka XİN ölkə vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib
Danimarka Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya hər hansı səfərə getməməyi tövsiyə edib. Boyukmillet.com xəbər verir ki, bundan əlavə, danimarkalı turistlərə Rusiya Federasiyasından kommersiya reysləri ilə getmək imkanı qaldığı halda geri qayıtmaları tövsiyə olunur. Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Avropaya uçuşlara qadağa qoyması riski var. “Yaxın gələcəkdə Avropa (ölkələri-red) və Rusiya arasında səyahət çox çətin ola bilər”, – Xarici …
Read More »Aİ sanksiyaları Rusiya Mərkəzi Bankının maliyyə aktivlərinin yarısını donduracaq
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiya Mərkəzi Bankının maliyyə aktivlərinin təxminən yarısını dondurmaq qərarına gəliblər. Boyukmillet.com xəbər verir ki, bunu Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib. “Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərini iflic edəcək mühüm məhdudlaşdırıcı tədbirlər görülüb. Mərkəzi Bankın maliyyə ehtiyatlarının yarısından çoxu və ya …
Read More »Rusiyanın “Aeroflot” şirkəti bu gündən Avropaya bütün uçuşları ləğv edir
Rusiyanın “Aeroflot” hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS aviadaşıyıcının bəyanatına istinadən xəbər verir. “Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır”, – şirkətin açıqlamasında bildirilir. Daha əvvəl bildirilirdi …
Read More »Ukrayna ordusu: Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib. Boyukmillet.com xəbər verir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar – təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri – 1 ədəd, taktiki səviyyəli silahlar – 60 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar