“Rusiya silahlı qüvvələri Belarusdan və işğal altındakı Krım yarımadasından hücuma başlayıb”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidməti açıqlayıb.
Read More »Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
“Ukrayna Silahlı Qüvvələrinin aviabazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik Rusiya ordusunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini iddia edib. “Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, – Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib. …
Read More »Ərdoğan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb. Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Read More »Avropa İttifaqı “qara siyahı”ya düşən rusların siyahısını açıqlayıb
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi sanksiya paketi qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, sanksiyalar Ukraynadakı hərbi gərginlik, qondarma Donetsk və Luqansk “respublika”larının Rusiya tərəfindən tanınması fonunda tətbiq olunub. Siyahıya Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın təbliğatçıları – RT-nin Baş redaktoru Marqarita …
Read More »Ərdoğan: “Putinlə görüşmək üçün lazımi işlər görülür”
“Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün lazımi işlər görülür. Putinlə telefon danışıqlarımız davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Əlbəttə, müzakirələr olmalıdır. Tələsik, həyəcanla qərar vermək olmaz. Biz çox həssas davranmalıyıq, çox diqqətli addım atmalıyıq. Çünki bəziləri qəribə danışır. Biz isə dövlət idarə edirik, həssaslığımızı qorumalıyıq. Bütün dostlarımızla müzakirələr edəcəyik, bundan sonra …
Read More »Ərdoğan Ermənistanla sərhədlərin açılmasından danışıb və İrəvana çağırış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib. “Ermənistan xüsusi nümayəndələrin təyin edilməsi ilə başlayan prosesi davam etdirməkdə qətiyyətli olarsa, biz sərhədləri qapalı saxlamarıq”, – Prezident vurğulayıb. Onun sözlərinə görə, Almaniya Prezident Frank-Valter Ştaynmayerlə Seneqalda keçirdiyi görüşdə də bu mövzu gündəmdə olub: “Bilirsiniz, mən onsuz da Ermənistanın atacağı müsbət addımlara eyni şəkildə qarşılıq verəcəyimizi söyləmişdim. Bu bölgənin …
Read More »Putin beynəlxalq vəziyyətin daha da mürəkkəbləşdiyini bildirib
NATO-nun fəaliyyəti və silahlara nəzarət sisteminin laxlatması təhlükələrlə doludur, beynəlxalq vəziyyət çətinləşir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz beynəlxalq vəziyyətin nə qədər çətin inkişaf etdiyini, silahlara nəzarət sisteminin yumşaldılması və ya NATO blokunun hərbi fəaliyyəti kimi mövcud çağırışlarla hansı təhlükələrlə dolu olduğunu görürük”, – dövlət başçısı deyib.
Read More »Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib. “Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür etdim. Həmçinin Almaniya, Ukrayna və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığımı bildirdim”, …
Read More »Ərdoğan Ukrayna ətrafındakı gərginliyə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı gərginliyə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasından xəbər verilib. Bildirilir ki, Ərdoğan məsələni sülh yolu ilə həll etmək üçün tərəfləri diplomatiyanın bütün imkanlarından istifadəyə çağırıb. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
Read More »Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib
Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luqansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də həmin “respublika”ları onların öz “səlahiyyət”lərini icra etdiyi sərhədlər daxilində tanıdıqlarını açıqlayıb. Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublika”larının “müstəqilliy”ini tanımaqla bağlı fərmanlar imzalayaraq həmin qurumlarda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar