Cümə axşamı , 19 Fevral 2026

Region

Çavuşoğlu: “Rusiya-Ukrayna böhranında təşviş içərisində deyilik”

“Rusiya-Ukrayna böhranında təşviş içərisində deyilik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Rusiya-Ukrayna böhranı ilə bağlı lazımi addımları atdıq. Münaqişə halında Ukraynadan təxliyə planımız hazırdır. Türkiyə münaqişə tərəfdarı deyil, bizim mövqeyimiz gərginliyin sona çatması üçündür”, – Çavuşoğlu qeyd edib.

Read More »

Türkiyə XİN: Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırıq

“Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalının efirində deyib. “Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında dediyi kimi, hər iki tərəf razılaşarsa, biz məmnuniyyətlə vasitəçiliyə hazırıq. Rusiya da bunu müsbət qarşılamalıdır”, – Çavuşoğlu vurğulayıb.

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada 29 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Fərat Qalxanı” əməliyyat zonası ərazisinə hücum təşkil etməyə cəhd edən 28 terrorçu məhv edilib. Həmçinin “Barış Pinarı” əməliyyatı aparılan ərazilərə atəş açan 1 silahlı öldürülüb.

Read More »

Vitse-prezident: “Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir”

“Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna gərginliyi bütün dünyanın gündəmindədir: “Bu həm də Şərqlə Qərbin mübarizəsidir. Ümid edirik ki, gərginlik azalacaq. Ukraynanın NATO-ya üzv olmaq istəməsi Rusiyanı narahat edir və bu, Donbas böhranına da təsir edir. Biz Türkiyə olaraq, öhdəliyimizi yerinə …

Read More »

Türkiyənin vitse-prezidenti: “Ermənistanla münasibətlərimiz normallaşır”

“Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. “Dünənədək Qarabağda Ermənistanla qarşı-qarşıya idik. İndi isə əlaqələr normallaşır. Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir”, – o bildirib.

Read More »

Türkiyəli hərbi ekspert: “Yunanıstanın adaları silahlandırması Türkiyənin milli təhlükəsizlik problemidir”

“İstər tarixən, istərsə də hazırki geosiyasi vəziyyətdə Yunanıstan olduqca problemli və anlaşmalara əməl etməyən qonşu dövlətdir. Bunu Yunanıstanın beynəlxalq razılaşmalara və Türkiyənin dostluq cəhdlərinə verdiyi cavablar deməyə əsas verir”. Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert, geosiyasi strategiyalar üzrə mütəxəssis Ahmet Zengin bildirib. Ekspert qeyd edib ki, Yunanıstanın beynəlxalq konvensiyalara uyğun şəkildə “silahsızlaşdırılmış” adalarda razılaşmaların şərtlərini pozması yeni …

Read More »

MDB Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrda Nur-Sultan şəhərində keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının iclası 13 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov məlumat verib. Yevdokimovun sözlərinə görə, bu il Qazaxıstan bu təşkilata sədrlik etdiyi üçün 2022-ci ildə MDB xətti ilə bir sıra tədbirlər Nur-Sultan şəhərində keçiriləcək. O bildirib ki, may ayında hökumət başçılarının, …

Read More »

Çavuşoğlu Qərb ölkələrini Ukraynadakı vəziyyəti şişirtməkdə ittiham edib

“Türkiyənin mövqeyi yetərincə aydındır. Biz hər iki tərəflə münasibətləri yaxşı olan, “Bölgəmizdə qarşıdurma, ixtilaf var, daha bir qarşıdurma olmasın” deyən ölkə olaraq gərginliyin azaldılması üçün addımlarımızı davam edirik. Bu fəaliyyətlərin bəziləri aşkarda olandır, digərlərini isə pərdə arxasında edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində Ukrayna-Rusiya arasındakı böhranı şərh edərkən söyləyib. “Məsələ ilk …

Read More »

Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında sutka ərzində 14 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Silahlılar atəş açaraq “Fərat Qalxanı” əməliyyat zonasına hücum etməyə cəhd ediblər.

Read More »

Putin və Makron arasında 5 saat davam edən görüş başa çatıb

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib. Boyukmillet.com xəbər verir ki, liderlər öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüb, daha sonra işgüzar nahar ediblər. Mətbuat konfransı Kremlin birinci binasının Yekaterina zalında keçiriləcək.

Read More »