Şənbə , 14 Fevral 2026

Region

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb

Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla …

Read More »

İstanbul hava limanının fəaliyyəti bu gün günorta saatlarında bərpa olunacaq

Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi məlumat verib. “Uçuş-eniş zolaqlarının təmizlənməsi istiqamətində fəal işlər aparılır. Saat 13:00-dan sonra hava limanının fəaliyyətini bərpa olunacaq”, – o, tviter səhifəsində yazıb. Xatırladaq ki, hava şəraitinin pisləşməsi Türkiyənin müxtəlif regionlarında çoxsaylı yol-nəqliyyat hadisələrinə səbəb …

Read More »

Ermənistan müharibədə öldürülmüş hərbçilərinin meyitlərini tanımır

Ermənistan 44 günlük müharibədə həlak olan hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyən edilməsi prosesini başa çatdırıb. Bəzi hərbçilərin meyitlərinin qalıqları elə vəziyyətdədir ki, onların analizi mümkün deyil. Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib. “Proses başa çatıb. Artıq 7-8 aydır ki, araşdırma üçün növbəmiz yoxdur”, o, bazar ertəsi mətbuat konfransında bildirib. Nazir təəssüflə qeyd edib ki, digər ölkələrdən …

Read More »

Gürcüstanın tanınmış azərbaycanlı jurnalisti vəfat edib

Gürcüstanın Əməkdar mədəniyyət işçisi, tanınmış azərbaycanlı jurnalisti, sair-publisist Nəsib Nəsibov vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib. “Şərəf” ordenli N.Nəsibov Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri olub. N.Nəsibov gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib, “Gürcücə-azərbaycanca lüğət” kitablarının həmmüəllifi olub. Allah rəhmət etsin!

Read More »

Türkiyədə avtobus dərəyə aşıb, ölənlər var

Türkiyənin İstanbul şəhərində, Şimali Mərmərə şosesində sərnişin avtobusu dərəyə yuvarlanıb. Bu barədə Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir. Hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib.

Read More »

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib

Cənubi Koreya hökuməti İranın BMT-yə üzvlük haqqı ilə bağlı yaranan borcunu ödəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Qeyd olunub ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb. Qeyd olunur ki, …

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada 10 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG-nin 10 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular “Barış Pinarı” əməliyyatı zonasını atəşə tutmağa hazırlaşarkən məhv edilib. Uğurlu əməliyyat Türkiyə xüsusi təyinatlıları tərəfindən həyata keçirilib. Nazirlik Türkiyə ordusunun bölgədə vəziyyətin sabitliyinin pozulmasına imkan verməyəcəyini vurğulayıb.

Read More »

Ərdoğan Türkiyədə 3+3 formatında görüşü planlaşdırdığını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. “Prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. Onun sözlərinə görə, Ankara 3+3 platforması çərçivəsində Türkiyədə növbəti görüş keçirməyi planlaşdırır”, – …

Read More »

ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir

ABŞ-ın BMT-dəki səfiri Rusiyaya qarşı hərbi tədbirlərin görülməsi üçün şərtləri açıqlayıb. Bu barədə Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir. “Birləşmiş Ştatlar Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı iqtisadi tədbirlərlə yanaşı, hərbi tədbirləri də nəzərdən keçirir”, – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. “Hərbi əks tədbirlər də nəzərdə tutulurmu” sualına Tomas-Qrinfild belə cavab verib: “Cavabımız baxımından heç nəyi istisna etmədiyimizi …

Read More »

Gürcü ekspert: “Tbilisi-Moskva münasibətləri mütləq normal məcraya daxil olacaq”

“Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşması mütləq baş verəcək. Çünki həmişə müharibədən sonra sülh, münaqişədən sonra əməkdaşlıq başlayır”. Bu fikirləri “Report”un yerli bürosuna müsahibəsində Gürcüstanın aparıcı eksperti, ölkənin Rusiyadakı keçmiş səfiri (2004-2005) Valeri Çeçelaşvili deyib. Onun sözlərinə görə, normallaşmanın mümkünlüyünün hansı şərt və prinsiplər əsasında baş verəcəyi önəmlidir: “Burada söhbət yalnız Rusiya və Gürcüstan arasında qarşılıqlı münasibətlərdən deyil, Rusiyanın üzləşdiyi problemlərdən gedir. Rusiyanın …

Read More »