Bazar ertəsi , 6 May 2024

Region

Putin prezidentliyə namizədliyini açıqlayıb

Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb. Boyukmillet.com “Kommersant”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib. Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.

Read More »

Ərdoğan: “Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı aldatdığını deyərək rəsmi İrəvanı təxribatlara getməməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında rəsmi Parisin Ermənistanı təhrik etdiyini deyib: “Fransa daha əvvəl də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. İndi isə yenidən …

Read More »

Türkiyə sərhədçiləri 143 kiloqram narkotik ələ keçiriblər

Türkiyə sərhədçiləri Van bölgəsində sərhəddə 143 kiloqram narkotik ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sərhədçilər Vanda sərhəddə həyata keçirdikləri kəşfiyyat və axtarış tədbirləri nəticəsində 143 kiloqram narkotiki ələ keçiriblər.

Read More »

Türkiyənin XİN başçısı ABŞ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 8-də ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının noyabrın 11-də keçirilmiş Fövqəladə Birgə Zirvəsində Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibəni dayandırılması və daimi sülhün …

Read More »

İranda həbsxanalarda 4 məhbus edam edilib

İranın Qərbi Azərbaycan əyalətinin Dehdəşt, Sınandaş (indiki adı Sənəndəc) və Saqqız şəhərlərində yerləşən həbsxanalarda 4 məhbus dar ağacından asılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb. Məlumata görə, Dehdəşt zindanında məhbus 35 yaşlı Zəbihullah Ərcumənd, Sınandaş zindanında Xalid Ruhi və Sirus Heydəri edam edilib. Saqqız şəhərində edam olunan məhbusun kimliyi barədə isə dəqiq məlumat yayılmayıb. BMT-nin İranda …

Read More »

Özbəkistan Prezidenti 300-dən çox məhbusu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyanın qəbulunun 31-ci ildönümü ilə əlaqədar bir qrup şəxsin əfv edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu sənədlə Özbəkistanda 334 nəfər əfv edilib. Onlardan 34 nəfər əsas cəzanı çəkməkdən tam, 249 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 6 nəfərə təyin edilmiş cəza daha …

Read More »

Beynəlxalq axtarışda olan narkotik və silah taciri İstanbulda saxlanılıb

Böyük Britaniyanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi Shaun Monaghan İstanbulda həyata keçirilən “Kafes-16” əməliyyatı çərçivəsində saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. S.Monaghan qanunsuz narkotik dövriyyəsi, silah ticarəti, silahla adam yaralama, silahla təhdidetmədə ittiham olunur. Məlumata görə, o, bu il oktyabrın 25-də Türkiyəyə gəlib.

Read More »

Ərdoğanın Yunanıstana səfəri zamanı iki ölkə arasında 20 müqavilə imzalanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır. Boyukmillet.com bu barədə Yunanıstan mətbuatına istinadən xəbər verir. Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq. Türkiyə Prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 min nəfərdən çox polis …

Read More »

İrəvan və Moskva Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər

İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan deyib. Onun sözlərinə görə, rəsmi İrəvan bu məqsədlə Rusiya tərəfinə rəsmi müraciət edib: “Telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi məsələsi üzrə məsləhətləşmələr dekabrın …

Read More »

Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”

Türkiyəli siyasi ekspert Deniz Atasoy Ermənistanda uşaqların terror təşkilatına cəlb olunduğunu deyib. Boyukmillet.com xəbər verir ki, bunu D.Atasoy Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib. Ekspert qeyd edib ki, dünya gözlərini haqsızlığa qarşı yumur. O bildirib ki, ermənilər daim terrorçulardan geniş istifadə ediblər: “Onlar bunun üçün müxtəlif terror təşkilatları ilə …

Read More »