Cümə , 26 Aprel 2024

Region

Türkiyə sahillərində yük gəmisi saya oturub

Kamboca bayraqlı “Vamos” yük gəmisi Türkiyənin Qara dəniz sahilində Kastamonu əyaləti yaxınlığında fırtına şəraitində saya oturub. Boyukmillet.com xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb. Qeyd olunub ki, gəmidə ikisi Türkiyə vətəndaşı olmaqla 11 dənizçi olub. Məlumatda bildirilir ki, xilasedicilər dənizçiləri təxliyə etməyə başlayıblar, lakin bu, güclü külək səbəbindən çətinləşib. Türkiyənin Fövqəladə Hallar Departamenti ölkə ərazisinin müəyyən yerlərində …

Read More »

“Haber Global”ın yutub kanalı Avropada izlənməsinə görə birinci yerdədir

Qurulduğu ilk gündən Türkiyə və dünyaya doğru xəbəri ən sürətli şəkildə çatdıran “Haber Global”ın yutub kanalı Avropada izlənməsinə görə birinci yerdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə yutubun rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ” statistika açıqlayıb. Məlumata görə, “Haber Global” yutubda 2 milyon abunəçiyə çatan ilk xəbər kanalı olub və son bir ildə bu kanalda 1 milyard 125 milyon …

Read More »

Türkiyədə leysan yağışları nəticəsində şəhərləri su basıb

Qasırğalı küləklərlə müşayiət olunan leysan yağışları Türkiyənin cənub və cənub-qərbində bir sıra əyalətlərində ciddi fəsadlara səbəb olub. Boyukmillet.com xəbər verir ki, Antalya vilayətinin bir neçə şəhərində daşqın baş verib, lakin bu, yalnız turizm obyektlərindən uzaqda yerləşən yaşayış məntəqələrinə aiddir. Eyni zamanda güclü yağışlar səbəbindən İzmirdə dəniz daşıb. Nəticədə şəhərdə yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su …

Read More »

Moskva hava limanları hazırda normal rejimdə işləyir

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında əvvəllər tətbiq edilən məhdudiyyətlərdən sonra normal rejimdə iş bərpa olunub. Boyukmillet.com xəbər verir ki, Moskvanın bütün hava limanları – “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” normal rejimdə işləyir. Qeyd edək ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.

Read More »

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı …

Read More »

İranda qar uçqunu olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb

İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu nəticəsində 5 alpinist ölüb, 4 nəfər isə yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadami bildirib. Bildirilib ki, noyabrın 25-də xilasedicilərin səyi nəticəsində itkin düşən daha üç alpinistin cəsədi tapılıb.

Read More »

Aşqabadda Türkmənistan-Çin hökumətlərarası komitəsinin iclası keçiriləcək

Noyabrın 29-da Aşqabadda Türkmənistan-Çin hökumətlərarası əməkdaşlıq komitəsinin iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov ölkənin Nazirlər Kabinetinin iclasında bildirib. Komitənin növbəti altıncı iclasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Onların arasında neft-qaz sektoru, nəqliyyat və logistika, kənd təsərrüfatı, kimya və toxuculuq sənayesi, elm və təhsil, yüksək texnologiyalar, səhiyyə və s. sahələr var. İclasın …

Read More »

Novak Türkiyədə qaz tədarükü, enerji sahəsində əməkdaşlığı müzarkirə edib

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Ankarada Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktarla qaz tədarükü, eləcə də elektrik və nüvə enerjisi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Kommersant” yayıb. Bildirilib ki, Aleksandr Novak Alparslan Bayraktarı, habelə Türkiyə hökumətinin və iş adamlarının başqa nümayəndələrini hökumətlərarası dialoq, eləcə də enerji avadanlıqları və texnologiyalarının istehsalı sahəsində 2024-cü il …

Read More »

İstanbulda Tatarıstanın səlahiyyətli nümayəndəliyinin yeni binası açılıb

Türkiyənin İstanbul şəhərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Türkiyədəki səlahiyyətli nümayəndəliyinin və Tatarıstan ticarət evinin yeni binasının açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Tatarıstan rəisinin mətbuat xidməti məlumat yayıb. “İstanbulda Tatarıstan Respublikasının Türkiyə Respublikasındakı səlahiyyətli nümayəndəliyinin və “Tatarıstan” ticarət evinin yeni binasının açılışı olub. Bina İstanbulun Asiya hissəsində, Beykoz rayonunda boğaz üzərindən keçən ikinci körpünün yanında yerləşir”, – məlumatda bildirilib. …

Read More »

Türkiyə ilə Tacikistan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Türkiyə ilə Tacikistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Nazir müavinimiz səfir Burak Akçapar Tacikistanın Ankaradakı səfiri Əşrəfcan Qulovu qəbul edib. Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb”, – xarici siyasət idarəsi sosial şəbəkədə bildirib.

Read More »