Şənbə , 6 Dekabr 2025

Region

Selçuk Bayraktar: Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək

Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Adanada təşkil olunan “TEKNOFEST 2024”ün açılış mərasimində çıxışı zamanı deyib.O bildirib ki, qarşıdakı illərdə bu tədbirin Şimali Kiprdə də təşkil edilməsi nəzərdə tutulur.S.Bayraktar TEKNOFEST-in 2022-ci ildə Azərbaycanda keçirildiyini də xatırladıb.

Read More »

XİN başçısı: İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir

İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib. O qeyd edib ki, İsrailin yeni hücumlarına İranın cavabı daha sərt olacaq. Nazir söyləyib ki, bu gecə İran İsrailin yalnız hərbi obyektlərini hədəf alıb. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin …

Read More »

Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb

Rusiyanın tələbə onlayn-nəşri – DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb. Daha əvvəl o, beynəlxalq axtarışa verilib. Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları – Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli …

Read More »

İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb

İranla Ermənistan İrəvanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət mübadiləsi haqqında saziş imzalayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” informasiya agentliyi yayıb. Bildirilib ki, İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabek İrəvanda Ermənistanının iqtisadiyyat naziri Gevorq Papoyan ilə görüşdə iştirak edib. Tədbirdə tərəflər maliyyə və bank sektorunda maneələrin, məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanda İranın texniki və mühəndislik xidməti podratçıları üçün zəmanətlərin verilməsinin …

Read More »

Ermənistanın ədliyyə naziri istefa verib

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Q.Minasyan özünün feysbuk hesabında paylaşım edib.

Read More »

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Putin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə bildirib. “Türkiyə Respublikasının Prezidenti Ərdoğana ən xoş arzularımı çatdırın. Onu Kazanda gözləyəcəyəm. Məncə, oktyabrın 23-də onunla ikitərəfli görüşümüz olmalıdır”, – Putin deyib.

Read More »

Türkiyə və Yunanıstan liderlərinin ABŞ-də müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, həmçinin qanunsuz miqrasiya və Kiprdəki durum barədə danışacaqlar. Onlar həmçinin Egey və Şərqi Aralıq dənizindəki problemlər barədə də fikir mübadiləsi aparacaqlar. Liderlərin qarşılıqlı etimad mühitinin …

Read More »

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib. Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə …

Read More »

Tbilisi meri: Aİ-nin Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır

Seçkilər yaxınlaşdıqca Avropa İttifaqının (Aİ) Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır. Boyukmillet.com xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib. O qeyd edib ki, seçkilər yaxınlaşdıqca, “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atmağa başlayırıq” bəyanatları daha da aktivləşəcək. “Vizanın liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, – deyə K.Kaladze vurğulayıb. Xatırladaq ki, Aİ-nin …

Read More »

İranda kömür mədənində partlayışda 19 nəfər ölüb

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib. Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb. Mədənin 250 m …

Read More »