Bazar , 11 Yanvar 2026

Region

Türkiyə və Yunanıstan liderlərinin ABŞ-də müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, həmçinin qanunsuz miqrasiya və Kiprdəki durum barədə danışacaqlar. Onlar həmçinin Egey və Şərqi Aralıq dənizindəki problemlər barədə də fikir mübadiləsi aparacaqlar. Liderlərin qarşılıqlı etimad mühitinin …

Read More »

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib. Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə …

Read More »

Tbilisi meri: Aİ-nin Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır

Seçkilər yaxınlaşdıqca Avropa İttifaqının (Aİ) Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır. Boyukmillet.com xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib. O qeyd edib ki, seçkilər yaxınlaşdıqca, “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atmağa başlayırıq” bəyanatları daha da aktivləşəcək. “Vizanın liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, – deyə K.Kaladze vurğulayıb. Xatırladaq ki, Aİ-nin …

Read More »

İranda kömür mədənində partlayışda 19 nəfər ölüb

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib. Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb. Mədənin 250 m …

Read More »

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə çıxışı zamanı deyib. O bildirib ki, terrorla mübarizə Türkiyənin “qırmızı xətt”idir. Nazir söyləyib ki, terrorizmə qarşı mübarizə bundan sonra da davam edəcək.

Read More »

İran Ermənistan paytaxtında ticarət mərkəzi açacaq

Oktyabrın 1-də İrəvanda İran ticarət mərkəzi açılacaq. Boyukmillet.com xəbər verir ki, bu, İranın xaricdə ilk və ən böyük daimi ticarət mərkəzi olacaq, onun sərgi sahəsi 10 min kvadratmetr təşkil edəcək. Mərkəzin açılmasının təşəbbüskarı İranın Ticarətin Təşviqi Təşkilatıdır (TPOI). Mərkəzin açılışında İranın sənaye, mədən və ticarət nazirinin iştirakı gözlənilir.

Read More »

Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.Eyni zamanda, N.Paşinyan qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri …

Read More »

Nazir: Türkiyəyə hər gün 400-dən çox kiber-hücum cəhdi olur

Türkiyəyə hər gün 400-dən çox kiber-hücum cəhdi olur. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib. O bildirib ki, bu hücumların qarşısı alınır: “Hələ ki hansısa risk, təhlükə yoxdur. Amma əlbəttə, imkanlarımızı gücləndirməliyik”.

Read More »

ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib

ABŞ son həftələr ərzində İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.Onun sözlərinə görə, sanksiyaların bəziləri insan hüquqlarının tapdanması ilə bağlıdır.Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər siyahısında İranın nüvə proqramı və raket satışı ilə bağlı məsələlər də var.

Read More »

Amurda helikopterin qəzaya uğradığı yer aşkarlanıb, pilot və sərnişinlər həlak olub

Amur vilayətində “Robinson” helikopterinin qəzaya uğraması nəticəsində pilot və iki sərnişin həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Read More »