Şənbə , 6 Dekabr 2025

Region

Ermənistan DİN Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib

Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumdan bildirilib. Ermənistan tərəfi onu qətldə ittiham etsə də, söhbətin hansı hadisədən getdiyini açıqlamayıb. Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Read More »

Türkiyə kəşfiyyatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib. MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib. Məlumata görə, üç nəfərlik qrupa Ahmet …

Read More »

Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var

Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet”ə müsahibəsində bildirib. “Ermənistandan keçən bu marşrutun işindən xəbərdarsınız. Bu, 43 kilometrlik bir marşrutdur. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ var və bunların hər ikisi hazırda masadadır”, – …

Read More »

Qərb mallarının Rusiyaya təkrar ixracı üçün Qafqazdakı mərkəz Ermənistandır

Mərkəzi Asiya və Qafqazda Qərb mallarının Rusiyaya təkrar ixracı üçün iki mərkəz var: Ermənistan və Gürcüstan. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Ermənistan Rusiyaya nəhəng birbaşa ixracı, Gürcüstan isə Rusiyanın sattelit ölkələrinə ixracında böyük …

Read More »

Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir

Ermənistanın Rusiyaya ixracı Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 430% artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb. Bundan əlavə, Ermənistanın Qazaxıstana ixracı 1 200%, Qırğızıstana 1 600%, Özbəkistana 250% və BƏƏ-yə 900% artıb. İqtisadçı hesab edir ki, bütün bu …

Read More »

Türkiyədə yeni radar sistemi ölkənin hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək

Türkiyədə yaradılan yerli istehsal radar ölkənin bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək. Boyukmillet.com-un məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Onun sözlərinə görə, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı ölkənin cənub-şərqində Qaziantep hava limanında quraşdırılıb. “Fərqli ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində 1 milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava sahəsi …

Read More »

İraqın şimalında daha iki terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da zərərsizləşdirilən terrorçuların sayı 8-ə yüksəlib. Qeyd edək ki, fevralın 17-də terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. “Biz şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq!”, – nazirliyin açıqlamasında deyilir.

Read More »

Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, Xarkov vilayətinin prokurorluğu və Sumı Vilayət Hərbi Administrasiyası teleqramda bildiriblər. “Saat 13:30 …

Read More »

İraqın şimalında Türkiyə hərbçisi şəhid olub

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində STT (separatçı terror təşkilatı, hərbi qurum STT altında əksərən PKK-nı nəzərdə tutur – red.) üzvləri baza ərazimizə sızmağa cəhd göstərməsi nəticəsində baş vermiş qarşıdurmada qəhrəman silahdaşımız müqaviləli …

Read More »

Pentaqon Rusiyanın Ukraynadakı əməliyyatlara 211 milyard dollar xərclədiyini açıqlayıb

Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib. Boyukmillet.con xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək. Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib: …

Read More »