Cümə axşamı , 19 Fevral 2026

Region

Rusiya Ermənistana silahlar göndərib

Rusiya Ermənistana silahlar göndərib. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb. Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib. Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.

Read More »

İraq İrandakı səfirini geri çağırıb

İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb. Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur. İraq Prezidenti …

Read More »

Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək

Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcək. Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Read More »

İran XİN başçısı BMT Baş katibi ilə danışıb, ABŞ və Britaniyanın Yəmənə hücumunu strateji səhv adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd olunub ki, tərəflər Qəzza zolağı və Qırmızı dəniz ətrafındakı son durumu müzakirə ediblər. İran XİN rəhbəri ABŞ və Böyük Britaniyanın Yəmənə zərbə endirməsini pisləyib. O, bunu regiondakı vəziyyəti daha da pisləşdirən strateji səhv …

Read More »

İran Ərbildəki ABŞ hərbi bazasına ballistik raketlərlə zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerikanın ABC News telekanalı məlumat yayıb. Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib. Hazırda Ərbildə …

Read More »

Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 23 hədəfi məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraq …

Read More »

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyalarının növbəti iclasının vaxtı hələ razılaşdırılmayıb

Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonuna planlaşdırılıb, lakin dəqiq tarix və yer razılaşdırılmayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib. Onun sözlərinə görə, bu məsələlər hələ də müzakirə olunur. M.Qriqoryan bildirib ki, ilkin razılaşmalara əsasən, iclasda ilk növbədə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsinə baxılacaq: “Bununla da birgə fəaliyyət zamanı …

Read More »

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəb dənizi və bitişik ərazilərdə qalma müddəti daha 1 il müddətinə uzadılır. Boyukmillet.com xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib. Sənəddə Türkiyə Silahlı Qüvvələrinin sözügedən ərazilərdəki mandatının 2024-cü il fevralın 10-dan etibarən daha 1 il uzadılması nəzərdə tutulur. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin …

Read More »

BMT Ukraynaya humanitar yardım üçün donorlardan 4 milyard dollardan çox vəsait istəyib

BMT donorlardan 2024-cü il üçün Ukraynada zərər görən şəxslərə, ukraynalı qaçqınlara və onları qəbul edən icmalara 4,2 milyard ABŞ dolları humanitar yardım göstərməyi istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Humanitar Məsələlərin Koordinasiyası İdarəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatında deyilir. Ümumilikdə, söhbət təxminən 10,8 milyon insana yardım göstərməkdən gedir. Ukrayna daxilində humanitar yardımın göstərilməsi üzrə işlər …

Read More »

Türkiyə ordusu PKK-nın daha 10 terrorçusunu zərərsizləşdirib

İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında bildirib. Daha əvvəl bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib. Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi …

Read More »