Ukraynanın Zaporojye vilayətində partlayış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb. Bildirilib ki, bütün ölkə ərazisində hava həyəcanı siqnalları işə düşüb. Partlayışın səbəbi və nəticələri hələ ki məlum deyil. Qeyd edək ki, dekabrın 29-da bütün Ukraynada kütləvi raket hücumu həyata keçirilmişdi.
Read More »Ermənistanda Rusiya TV-lərinin fəaliyyətinin dayandırılması fikrinə qarşı çıxan nazir istefaya göndərilib
Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildirib. Onun vəzifəsindən azad edilməsinin səbəbi hələ ki məlum deyil. Qeyd edək ki, R.Xaçatryan dekabrın 18-də Ermənistanda Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsinin müzakirə olunmadığını demişdi. Daha əvvəl Ermənistan KİV-i hakimiyyətin R.Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı.O, 2022-ci il aprelin 27-də …
Read More »Azərbaycan muğamları və xalq mahnıları Türkiyə radiosunda səslənəcək
Azərbaycan muğamları və xalq mahnıları Türkiyənin TRT radiosunda səsləndiriləcək. Bu barədə “Report”un Ankara bürosuna layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər bildirib. Onun sözlərinə görə, 2018-2023-cü illərdə Türkiyə telekanallarında Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən “Azərbaycan Rüzgarı” proqramı bu dəfə radio vasitəsilə yayımlanacaq. Müəllif layihəsinin yeni formatda Türkiyənin “TRT TÜRKÜ” radiosunda hər həftənin bazar günləri səslənəcəyini qeyd edib: “Azərbaycan mədəniyyəti, incəsənəti hər …
Read More »Xarkovun atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Ukraynanın Xarkov vilayətində kütləvi hücum zamanı 22 partlayış qeydə alınıb, 1 nəfər ölüb, 8-i yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbov məlumat yayıb. “Xarkova hücumlar nəticəsində 35 yaşlı kişi ölüb”, – o bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Read More »Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbərlərindən birini məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyada keçirdiyi yeni əməliyyat nəticəsində PKK/YPG teror qruplaşmasının rəhbərlərindən biri məhv edilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, “Abu Dahham” kod adlı terrorçu Ömer Abdullah el Dahham Suriyanın Tabka vilayətinin rəhbəri olub. Məlumata görə, terrorçu 2017-ci ildən etibarən “Fırat Qalxanı” və “Barış Pınarı” əməliyyatlarının icra edildiyi bölgələrdə Türkiyə Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarında …
Read More »Ukraynaya kütləvi raket hücumu həyata keçirilib
Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, ölkənin bir çox vilayət və şəhərlərində, o cümlədən Kiyev şəhəri və vilayətində ard-arda partlayışlar olub. Rusiya “Shahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə Ukrayna ərazisini vurub. Bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb. Kütləvi hücumun nəticələri barədə hələ ki …
Read More »Türkiyənin yeni hücum pilotsuz təyyarəsi ANKA-3 ilk uçuşunu həyata keçirib
Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” səhifəsində bildirib. “Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək”, – Türkiyə lideri qeyd edib. ANKA-3 gizli texnologiyalardan istifadə etməklə “uçan qanad” dizaynına uyğun olaraq yaradılmışdır ki, bu da onu radar …
Read More »Rusiyada prezidentliyə namizədlərin sayı 33-ə çatıb
Rusiyayada prezidentliyinə namizədlərin sayı 33 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın rəhbəri Ella Pamfilova məlumat verib. O, əlavə edib ki, MSK Rusiyada prezident seçkilərində siyasi partiyalar tərəfindən irəli sürülmüş 8 namizədin, habelə onları dəstəkləyən seçici qruplarının qeydə alınması üçün özü tərəfindən irəli sürülmüş 6 namizədin sənədlərini qəbul edib. “Siyasi partiyaların qurultaylarında irəli sürülən …
Read More »Sergey Lavrov: “Rusiya ilə Ermənistan arasında çətinlik müvəqqətidir”
Rusiya ilə Ermənistan arasında çətinlik müvəqqətidir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib. “Biz əminik ki, bütün çətinliklər müvəqqəti xarakter daşıyır və siyasi iradə göstərilərsə aradan qaldırılacaq”, – o vurğulayıb. Nazirin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələri və sənaye məsələləri üzrə danışıqlar uğurla davam edir.
Read More »Vladimir Putin: “Rusiya Ukraynaya qarşı azı beş il də döyüşəcək”
Rusiya Ukraynaya qarşı azı beş il də döyüşəcək. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mart ayında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Moskvada görüşdə bildirib. Qəzet son sayında iki ölkə liderinin görüşünə dair geniş təhlil dərc edib. Məqalədə qeyd olunub ki, V.Putin və S.Cinpin Ukrayna müharibəsini də müzakirə ediblər. Məlumata görə, Rusiya lideri həmin görüşdə müharibədə əvvəl-axır …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
