Cümə axşamı , 26 Sentyabr 2024

Region

Türkiyədə zəlzələdən sonra 820 mindən çox bina yararsız vəziyyətə düşüb

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra 820 mindən çox bina istismardan çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib. Onun sözlərinə görə, 11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsinin başa çatmasından sonra məlum olub ki, 1 milyon 706 min bina dağılıb, dağılmaq ərəfəsində və ya orta dağılma dərəcəsində olan binalar 821 …

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 47 mini keçib

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayə 47 mini keçib. Boyukmillet.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, 115 mindən çox insan isə yaralanıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. …

Read More »

Moskva bəzi rusların Ermənistana girişinə qadağa qoyulmasına mənfi reaksiya verib

“Kreml ayrı-ayrı rusların Ermənistana girişinə qadağa qoyulmasına görə təəssüflənir və buna mənfi reaksiya verir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Ermənistan Rusiyanın dostu və müttəfiqidir: “Biz ümid edirik ki, yaxın gələcəkdə belə hallar təkrarlanmayacaq”. Qeyd edək ki, Bundan əvvəl İrəvanın Zvartnots hava limanında rusiyalı media eksperti və jurnalist Aram Qabrelyanovun Ermənistana girişi …

Read More »

Türkiyənin Adıyaman şəhərində zəlzələ olub

Türkiyənin Adıyaman şəhərinin Sincik rayonunda 4,5 maqnitudalı zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 9,6 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 22:55-də qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Read More »

Çavuşoğlu: “Türkiyədəki zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”

“Fevralın 6-da baş vermiş zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Avropa İttifaqının səfirlərinə müraciəti zamanı deyib. Onun sözlərinə görə, baş vermiş fəlakətlə əlaqədər beynəlxalq ictimaiyyətin ciddi dəstəyi hiss olundu: “Bu bizə güc, stimul verdi. Bütün bəşəriyyət yanımızda oldu. Əlbəttə, bu həm də türk xalqına …

Read More »

Türkiyə Prezidenti apreldə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan “Lenta.ru“ya müsahibəsində bəyan edib. Çağrı Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir: “Bunu …

Read More »

Türkiyə XİN PKK tərəfdarlarının Avropa Parlamentində mitinq keçirməsinə icazə verilməsini pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa hakimiyyətinin PKK terror təşkilatının tərəfdarlarının Avropa Parlamentinin binasında aksiya keçirməsinə icazə verməsini pisləyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir. “PKK/PYD/YPG terror təşkilatının rəhbər və tərəfdarlarının Avropa Parlamentinin binasında dövlətimizə qarşı yönəlmiş hərəkətini şiddətlə qınayırıq. Avrop İttifaqının siyahısında olan terror təşkilatının təbliğatına xidmət edən bu cür fəaliyyətə yol verilməməlidir”-deyə, məlumatda vurğulanıb. Qeyd olunub …

Read More »

Gürcüstan müxalifəti yeni etiraz aksiyasına hazırlaşır

Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib. Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər. “Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının lideri …

Read More »

Tbilisidə xüsusi təyinatlılar mitinqi dağıtmağa başlayıb

Xüsusi təyinatlı qüvvələr Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyir. Parlamentin qarşısındakı meydanı tamamilə tüstü bürüyüb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Bundan əvvəl etirazçılara dağılışmaq üçün müraciət edilib. Daha sonra təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini …

Read More »

Tbilisidə aksiyaçılar Ombudsmana yumurta atıblar, o, mitinqi tərk etməli olub

Gürcüstanın paytaxtı Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə saat əvvəl parlament tərəfindən bu vəzifəyə təsdiq edilmiş yeni Ombudsman Levan İoselaianiyə yumurta atıblar. Bu barədə Boyukmillet.com Gürcüstan İctimai Yayımının Birinci Kanalına istinadən xəbər verir. TV-nin məlumatına görə, mitinqə vəziyyətlə tanış olmaq üçün gələn İoselianiyə su sıçradıblar və “Rusiyanın xidmətçisi” adlandırıblar. O, polisin müşayiəti ilə mitinqi …

Read More »