Bazar , 29 Sentyabr 2024

Region

Tbilisidə parlamentin yaxınlığında etirazçılar metal hasarı uçurublar

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında Rustaveli prospektindən qanunverici orqanın yaxınlığında quraşdırılmış metal hasarı söküblər. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, aksiyaçılar xüsusi təyinatlıların səfərbər olunduğu parlamentin mərkəzi dəmir qapılarına çatıblar. KİV-in məlumatına görə, polis etirazçılara qarşı bibər qazı və su şırnaqlarından istifadə etməkdə davam edir. Amma buna baxmayaraq etirazçılar meydanı tərk etmirlər.

Read More »

ABŞ Dövlət Departamenti etirazçı iranlı qadınları “Cəsarətli Qadın” Mükafatına layiq görüb

ABŞ Dövlət Departamenti 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar dünyanın müxtəlif yerlərindən olan bir sıra qadınlara, o cümlədən İranda keçirilən etiraz aksiyalarında iştirak etmiş zərif cinsin nümayəndələrinə “Cəsarətli Qadın” Beynəlxalq Mükafatını təqdim edəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Amerikanın səsi“ radiosunun farsca redaksiyası yayıb. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya əsasən, fəxri mükafat kollektiv şəkildə iranlı etirazçı qadın …

Read More »

Türkiyədə “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi müəyyənləşib

Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq. Boyukmillet.com xəbər verir ki, parlament respublikası sisteminə keçidi vəd edən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası Millət koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə namizədini açıqlayıb. Saat 14.00-da başlaması planlaşdırılan “Millət” koalisiyasının liderlərinin toplantısı Meral Akşenerin …

Read More »

İranın Xuzistan əyalətində 6 nəfər barəsində ölüm hökmü çıxarılıb

İranın Xuzistan əyalətinin Əhvaz şəhər Məhkəməsi “Hərəkat-e ən-Nidal” silahlı qruplaşmasının 6 üzvü – Əli Mojdam, Məhəmməd Reza Müqəddəm, Moin Xanfəri, Həbib Dariş, Adnan Qobishavi və Salim Musəvi barədə ölüm hökmü çıxarıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, onlar 2016 və 2017-ci illərdə Xuzistan əyalətində silahlı hücum təşkil etməkdə ittiham olunur. Məlumata görə, Əli Mojdam və Məhəmməd Rza …

Read More »

Zelenska Rusiya hərbçiləri tərəfindən törədilən 171 cinsi zorakılıq faktı qeydə alındığını açıqlayıb

Prokurorluq Rusiya hərbçiləri tərəfindən ukraynalılara qarşı 171 cinsi zorakılıq halını araşdırır, qurbanlar arasında 39 kişi var. Boyukmillet.com “Suspilne”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Olena Zelenska Lvovda keçirilən konfransda panel müzakirələrində bildirib. “Bu rəqəmin arxasında təkcə qadınlar deyil, qurbanlar arasında 39 kişi var. 13-ü yetkinlik yaşına çatmayanlar, aralarında oğlan da var. Biz bu hallar barədə ona görə …

Read More »

Türkiyədə zəlzələdən ölənlərin sayı 46 minə yaxınlaşıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşıb. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. “Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 45 min 968-dir. Bunların içində 4 min 267 suriyalı qardaşımız var”, – o vurğulayıb.

Read More »

Avropa Parlamentinin sədri Ukraynada səfərdədir

Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynada səfərdədir. Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb. Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Roberta Metsolanı Lvovda qarşılayıb. V.Zelenski müharibənin ilk günlərindən Ukraynanı dəstəklədiyi üçün Avropa Parlamentinə təşəkkür edib. O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il quruma daxil olmaq üzrə danışıqlara başlamağa çalışır.

Read More »

Ərdoğan: “Zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib”

“Zəlzələ və afterşoklar ciddi itkilərə, böyük dağıntılara səbəb oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Risk Qalxanının toplantısında deyib. O bildirib ki, zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib: “Təbii fəlakət nəticəsində 45 mindən çox insan həlak oldu. 115 min insan yaralandı”. R.T.Ərdoğan söyləyib ki, zəlzələnin təsirlərinin aradan qaldırlıması üçün işlər davam edir.

Read More »

İranda etiraz aksiyaları davam edir, əsas şüar “Xameneiyə ölüm!” olaraq qalır

İranın Tehran əyalətinin rayonlarında və Güney Azərbaycanın Ərdəbil şəhərində “Uşaq qatili olan hökumətə ölüm!” şüarı ilə etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb. Bildirilib ki, ötən gecə Tehran əyalətinin müxtəlif rayonlarında, o cümlədən Naziabad, Tehranpars, Ponk və Əmirabadda, həmçinin Ərdəbil şəhərində hakimiyyət əleyhinə yürüş-mitinqlər təşkil olunub. Aksiyalarda “Zəhərlənmə son ismarıcdır!” “Uşaq qatili olan hökumətə ölüm!”, “Qatil …

Read More »