Cümə axşamı , 21 Noyabr 2024

Siyasət

İran heç vaxt Azərbaycana dost olmayıb – ÖZƏL

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan qonşu sarıdan yarımayıb və Türkiyə və Gürcüstanı çıxmaq şərtilə digər qonşularımız hər zaman ölkəmizə qarşı düşmən münasibətdə olublar”. Bunu “OLAYLAR”-a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli səsləndirib. Mərkəz sədri bildirib ki, Rusiyanın Ermənistan və Qarabağdakı separatçılara dəstəyi, onların yenidən silahlanaraq revanşizmə cəhd göstərməsinə göz yumması, Ermənistanın sülh danışıqlarından imtina …

Read More »

Ceyhun Bayramov Borelə Ermənistanın öhdəliklərindən boyun qaçırdığını bildirib

1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb. XİN-dən bildirilib ki, görüş zamanı, Azərbaycan və Avropa ittifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, …

Read More »

Bir də gördün, İranda ordu xalqın tərəfinə keçdi…. – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

“MƏZHƏB SEVGİSİ KOMMUNİSTLƏRIN PARTİYA SEVGİSİ KİMIDİR” Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az -a müsahibə verib.Həmin müsahibəni təqdim edirik: – Sabir bəy, artıq 2 aydan çoxdur ki, İranda etiraz aksiyaları davam edir. Necə hesab edirsiniz, bu aksiyalar gənc bir qızın – 22 yaşlı Məhsa Əminin polis tərəfindən qətlə yetirilməsindən doğan sosial partlayışdır, yoxsa illərlə yığılıb qalmış problemlərdən cana doyan xalqın …

Read More »

Almaniyada “Güney Azərbaycanın dünəni və bu günü” mövzusunda konfrans: bəyanat qəbul olunub – FOTOLAR

Almaniyada fəaliyyət göstərən Münster Azərbaycan Evinin təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Almaniyada “Güney Azərbaycanın dünəni və bu günü” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə İranda baş verən etirazlarda öldürülən soydaşlarımızla, Vətən müharibəsində şəhid olanların xatirələrini sükutla yad edib. Daha sonra Güney Azərbaycanın himni səsləndirilib və bununla da konfrans açıq elan olunub. Aşılışı nitqində çıxış edən Almaniyanda Münster …

Read More »

Agentlkdə Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Keçirilən görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Azərbaycan …

Read More »

50 milyonluq Azərbaycan xalqı Güney Azərbaycan türkləri ilə bir yerdədir” – DAK bəyanat verdi

Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanda başverənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın Qarabağda Zəfər Savaşı bütün Türk Dünyasının oyanış və qalxınmasına təkan verdi. Bu gün Anadoludan Altaylaradək geniş bir coğrafiyanın gerçək sahibi olan Türk milləti öz tarixi haqqının bərpası üçün ayaqdadır. 200 illik bölünmə, əsarət və asimilasyaya zülmü altında yaşayan Güney Azərbaycan türkləri də hürriyyət və istiqlal uğrunda mübarizəyə qalxıb. …

Read More »

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub

Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan …

Read More »

Samir Adıgözəlli:”Rusiya Sülhməramlıları sülh yaratmır, ermənilərə dəstək göstərir.”

Samir Adıgözəlli: “İndiyə qədər ermənilərin bu cinayətlərinə rus sülhməramlıları hansısa bir irad bildirməyib, əksinə, daha çox mina daşıyıb basdırmalarına şərait yaradıb” Bu gün bizim o minaların ağrısını çəkdiyimizi deyən S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlılarının bu işə göz yumması təəssüf doğurur: “Gümrü mina zavodunda istehsal edilən minaların ərazilərimizə keçirilməsi və basdırılması bizi ciddi narahat edir. Rusiya sülhməramlıları buna mane olmaq …

Read More »

“İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur” – Prezident İlham Əliyev

Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – …

Read More »

“Fransada baş qaldıran islamofobiya siyasəti elə bu ölkənin özü üçün də yaxşı heç nə vəd etmir”

Samir Adıgözəlli: “Həmin məscidin divarlarına yazılanları islama qarşı nifrətin təzahürü kimi qiymətləndirmək olar” Fransa türkəfobiyanın və islamofobiyanın tüğyan etdiyi ölkə kimi özünü göstərməkdədir. Bu dövlətin siyasəti bütövlükdə anti-türk, anti-islam mövqeyi ilə seçilir və vaxtaşırı olaraq İslam və türk dünyasına qarşı bu ölkədən hədyanlar eşidirik. İslam dini, məsdidlərlə bağlı göstərilən davranışlar da göz önündədir. KİV-lərin yaydığı məlumata görə, Orne departamentinin Fler …

Read More »