Bazar , 28 Aprel 2024

Xarici siyasət

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

ABŞ-ın nüfuzlu “News Blaze” nəşrində Nurit Qrincerin İkinci Qarabağ müharibəsi qaziləri barədə məqaləsi dərc olunub. Boyukmillet.com xəbər verir ki, müəllif qeyd edib ki, İsrail həkimlərinin səyləri nəticəsində azərbaycanlı qazi 24 yaşlı Arif Hacıyevin gözləri sağalıb: “Yerusəlimdə fəaliyyət göstərən “Misqav Ladax” xəstəxanasında çalışan oftalmoloq Yişay Falik könüllü həkimlər qrupu ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 150 azərbaycanlı qazi üzərində ödənişsiz …

Read More »

Azərbaycanın əsas müəllifi olduğu qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Azərbaycan BMT Baş Assambleyasının 24 iyun tarixini “Diplomatiyada Qadınların Beynəlxalq Günü” elan edən Qətnaməsinin əsas müəllifi olmaqdan qürur duyur. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın hüquqlarının müdafiəsi ilə bağlı demək olar ki, bütün beynəlxalq sənədləri ratifikasiya edib və qadınlara bərabər siyasi hüquqlar verən ilk İslam ölkəsi olub.

Read More »

İlham Əliyev: “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”

“Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı …

Read More »

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri arasında görüş olub

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi video-konfrans formatında görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, diplomatlar ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı proqram və siyasətini müzakirə ediblər. Onlar əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq üçün ABŞ-ın öhdəliklərini vurğulayıblar.

Read More »

Azərbaycan və Fransa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib. Danışıqlar zamanı …

Read More »

Azərbaycan Qırğızıstanla Anlaşma memorandumlarını təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi …

Read More »

Əli Əhmədov BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb. Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər …

Read More »

Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »

Millət vəkili Qazaxıstan parlamentinin sədri ilə görüşüb

“Qazaxıstan Respublikasına etdiyimiz rəsmi səfər zamanı bir sıra önəmli görüşlər keçirdik. Bunlardan təbii ki, ən əhəmiyyətlisi ölkə Məclisinin sədri cənab Yerlan Kaşanovla keçirdiyimiz görüş oldu. Görüşdə ölkələrimiz arasında mühim əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu və gələcək əməkdaşlıqların perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Cənab Kaşanov da, biz də ölkələrimizin qardaşlıq münasibətlərinin gələcəkdə də daha inkişaf etdirilməsi ilə bağlı müsbət …

Read More »