“Ermənistan ölkələr arasında normallaşma prosesinə hazır deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Haber Global”a açıqlamasında bildirib. “Ermənistan 2020-ci ildəki müharibəsonrası reallıqları qəbul etmək istəmir. Ermənistan normallaşma prosesinin irəlilədiyi bir vaxtda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir və beləliklə də, gərginlik yaratmaqla diqqəti yayındırmağa çalışır. Nəticədə normallaşma prosesinə xələl gətirmiş olur”, – …
Read More »Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı bildirib. Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.
Read More »Ersin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. “Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümündə bu zəfərin əldə olunmasında əməyi olanları yad edir, 2 gün əvvəl Vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinə bir daha rəhmət diləyirik”, – o bildirib.
Read More »Mövlud Çavuşoğlu: “Türkiyə və Azərbaycan daim tək səs, tək ürək olub”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib. “Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. Türkiyə və Azərbaycan daim tək səs, tək ürəkdir”, – o bildirib.
Read More »Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışlayıb
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib. “Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, – o …
Read More »Azərbaycan XİN başçısı Bakının azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. “15 sentyabr tarixində Azərbaycan- Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, – o bildirib.
Read More »Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş olub
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »“Azərbaycan qəti addımlarla təhlükəsizliyinə təminat yaradır” – RƏY
“Azərbaycan Ordusu sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını qətiyyətlə aldı. Hesab edirəm ki, bu təxribat Ermənistanın sülhə hazır olmadığını növbəti dəfə göstərdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərini, eləcə də hərbi qulluqçularının təhlükəsizliyini qorumaq hüququndan istifadə edib”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistanın …
Read More »Azərbaycan səfiri: “Ermənistan sülh istəmir”
“Ermənistan sülh istəmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l’Opinione” qəzetinə müsahibəsində deyib. Diplomat Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı hərbi təxribatları ilə bağlı geniş məlumat verib. Səfir 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi təxribatlar, ərazi bütövlüyünə qarşı təxribatlar …
Read More »İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar