Bazar ertəsi , 13 May 2024

Xarici siyasət

Türkiyənin Baş prokuroru azərbaycanlı həmkarına zəng edib

İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Baş prokuror Kamran Əliyev təşəkkürünü bildirməklə həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib. Telefon danışığı zamanı hər iki Dövlət …

Read More »

XİN-dən Ermənistana cavab: “Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, müdrik siyasət deyil”

“Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Tarixi özünün “güclü” tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də “tarixi”xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və …

Read More »

Xarici işlər naziri Pakistana başsağlığı verib

Ceyhun Bayramov Pakistanda avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib: “Pəncab əyalətindəki dəhşətli avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Qəzada ölənlərə allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq. Ölənlərin ailələrinə, qardaş Pakistan xalqına başsağlığı veririk”. Xatırladaq ki, bu gün səhər Pəncab əyalətində magistral yolda sərnişin avtobusunun …

Read More »

Peru prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Fransisko Saqastiyə təqdim edib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident Fransisko Saqastiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Peru prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident …

Read More »

Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib. Boyukmillet.com xəbər verir ki, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib. Yükü Azərbaycan tərəfdən – Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən – xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf …

Read More »

Azərbaycan Pakistana yeni səfir təyin etdi

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Read More »

Azərbaycanın Tacikistandakı səfiri dəyişib

Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Azərbaycan Belarusa yeni səfir təyin edib

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin …

Read More »

Azərbaycan Qazaxıstana yeni səfir təyin etdi

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »