Cümə , 5 Dekabr 2025

Xarici siyasət

Prezident: Azərbaycanla Ermənistan arasındakı saziş bizim sülh istədiyimizi aydın şəkildə nümayiş etdirir

Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi – sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib. “Biz həm də qarşılıqlı əlaqə istəyirik. Biz bütün region üçün, Ermənistanın özü üçün çoxlu imkanlar açacaq təhlükəsiz dəhliz vasitəsilə ölkəmizin iki hissəsi arasında inteqrasiyanı istəyirik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Read More »

Prezident: Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək

Əminəm ki, “Exxon” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində deyib. Azərbaycanda neftlə bağlı böyük resursların açılması ehtimalını qeyd edən dövlətimizin başçısı “Exxon”un ölkəmizdə böyük təcrübəsinin olduğunu vurğulayaraq bildirib: “Biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, imzalanma mərasimində iştirak etməzdik”.

Read More »

İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir

ABŞ ilə memorandum Azərbaycan qarşısında geniş imkanlar açır. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mediaya müsahibəsində deyib. O bildirib ki, bu gün ABŞ- Azərbaycan əlaqələrində yeni səhifə açılır- Əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi: “Əlbəttə, Azərbaycanın milli maraqlarının qorunması üçün ABŞ ilə bu səviyyədə münasibətlərin qorunması çox vacibdir. Prezident Trampla görüşümüz çox səmimi keçdi. Dostluq şəraitində keçdi. Bir çox …

Read More »

Marko Rubio: Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq

Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır: “Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə …

Read More »

Tramp: Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin …

Read More »

İlham Əliyev ABŞ-də işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Boyukmillet.com xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Read More »

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Minsk prosesi ilə bağlı olan strukturların bağlanması zəruridir

1975-ci il Helsinki sazişləri Avropada sülh və təhlükəsizlik üçün zəruri şərt kimi sərhədlərin toxunulmazlığını və onlara qarşı güc tətbiqindən imtinanı elan edib. Ancaq gəlin özümüzə qarşı dürüst olaq: onilliklər ərzində ATƏT-in bu və digər prinsip və öhdəliklərinin seçici şəkildə tətbiqi ATƏT regionunda təhlükəsizliyə və əməkdaşlığa ciddi zərbə vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin Helsinki …

Read More »

Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib

Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 1999-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Məlumata görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam …

Read More »

Tbilisinin mərkəzində ərazi Azərbaycanın istifadəsinə verilib

Gürcüstan Tbilisidə torpaq sahəsini Azərbaycana pulsuz istifadəyə verib, icarə müddəti 49 il təşkil edəcək. Boyukmillet.com-un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, Vaxtanq Qorqasali küçəsindəki sahə hökumətin sərəncamı ilə səfirliyin istifadəsinə verilib. Məlumata görə, müvafiq sənəd iyulun 18-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb. Əsas kimi Gürcüstanın “Dövlət mülkiyyəti haqqında” Qanununun 36-cı maddəsinin 2-ci bəndi götürülüb. İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət …

Read More »

İranlı deputat: “Qafqaz üçün sabit və təhlükəsiz yol yalnız İran üzərindən keçir”

“Zəngəzur dəhlizi İranın strateji maraqları və rolu nəzərə alınmadan həyata keçirilə bilməz”. Boyukmillet.com xəbər verir ki, İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı və İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyif Bədri belə deyib. “Son günlərdə Zəngəzur dəhlizinin icrası ilə bağlı bəzi qeyri-peşəkar və qeyri-real açıqlamaların şahidi oluruq. Bu cür məsələlər heç bir halda icra və əməliyyat mərhələsinə keçə bilməz və …

Read More »