Cümə , 17 Aprel 2026
Drone Cameras

Çində dörd yaşayış binası uçub

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin Vençjou şəhərində dörd yaşayış binasının uçması nəticəsində azı 8 nəfərin öldüyü təsdiqlənib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altından 5 nəfəri sağ çıxarmağa nail olub.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyata cəlb edilmiş ekskavatorlar xəsarət alanlara zərər vurmamaq üçün dağıntıların perimetri üzrə fəaliyyət göstərir.

İnsident yerli vaxtla saat 04:30-da baş verib. KİV-lərin məlumatına əsasən, dağıntılar altında 20-dən çox insanın qaldığı bildirilir.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir