Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Dünya çempionu titullarından imtina edib

Böyük Britaniyadan olan boksçu Tayson Fyuri WBO və WBA versiyaları üzrə dünya çempionluğu titulundan imtina edib. 

“Report”un məlumatına görə, ağır çəkidə çıxış edən idmançı bu addımını sağlamlıq məqsədilə atdığını bildirib.

Fyuri kəmərlərdən imtinasına belə izah verib: “Həmin titulları rinqdə qazanmışam və düşünürəm ki, rinqdə də təhvil verməliyəm. Ancaq indi həmin kəmərləri qoruya bilmərəm”.

28 yaşlı idmançının dayısı və məşqçisi Piter Fyuri onun rinqə daha güclü formada qayıdacağını deyib: “Əminəm ki, Tayson yalnız geri dönməyəcək. O, həm də özünə məxsus olanları qaytaracaq”.

Qeyd edək ki, T.Fyuri karyerası ərzində 25 döyüş keçirib və hamısında qələbə qazanıb. IBF, WBO və WBA versiyaları üzrə dünya çempionu adına sahib çıxıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir