Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ermənistan Qarabağda itki verdi

İşğalçı Ermənistan ordusu Azərbaycan ərazisində növbəti hərbçisini itirib. Musavat.com bubarədə erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Qarabağdakı təmas xəttinin şərq istiqamətində erməni hərbçisi, 1998-ci il təvəllüdlü Ayk Xaçaturyan minaya düşərək ölümcül yaralanıb. Həkimlər onu xilas edə bilməyib. Hadisə 1 sentyabr saat 11.50-də baş verib.

Qeyd edək ki, bu günlərdə işğal altındakı ərazilərimizdə separatçı rejim “bayram” tədbirləri keçirir. Ermənistan prezidenti də növbəti dəfə beynəlxalq hüququ tapdayaraq Qarabağa gəlib.

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir