Cümə , 26 Aprel 2024
Drone Cameras

İslam aləmində böyük savaş başlayır: Səudiyyə İranı yer üzündən silir?

Səudiyyə Ərəbistanı rəhbərliyindəki Koalisiya Qüvvələri Komandanlığı ölkəni hədəf alan balistik raketlərin İran istehsalı olduğunu açıqlayıb.

 

Avropa.info xəbər verir ki, Koalisiya Qüvvələrinin sözçüsü Polkovnik Turki əl-Maliki Ər-Riyadda keçirdiyi mətbuat konfransında raketlərin İran istehsalı olduğunu bildirib.

Husilərin şənbə günü Ər-Riyada, bundan əvvəl də Məkkədəki müqəddəs məkanlara yaxın əraziyə balistik raket atmasını barbar təcavüz kimi qiymətləndirən Maliki, husilərə İran tərəfindən dəstək verildiyini qeyd edib.

“2014-cü ilin sentyabrında Sananın işğal edilməsindən sonra, husilər Yəmən dövlətinin bütün hərbi arsenalına sahib oldu. Bunların ən önəmlisi isə balistik raketlərdir. Bu balistik raketlərdən istifadə iranlı mütəxəssislər tərəfindən öyrədildi. İran husilərə texniki, təlim və planlaşdırma sahəsində hərbi mütəxəssis və balistik raketlərlə dəstək verir. Lakin, Yəmən ordusunun “Volkan 1” və “Volkan 2″ raketləri olmayıb. Bu raketlər İrandan gətirilib” deyə Səudiyyəli polkovnik bildirib.

Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi SPA-da dərc olunan Xarici İşlər Nazirliyinin bəyanatında isə İranın husilərə Səudiyyəni hədəf alan raketlər verməsi açıq və birbaşa təcavüz kimi qiymətləndirilib.

“Koalisiya, İranın husilərə bu raketləri verməsini  Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının qətnamələrinin xüsusilə də 2216 saylı qərarının açıq bir şəkildə pozulması kimi görür. İranın bu işdə barmağının olması, qonşu ölkələrin, dünya və bölgənin sülh və təhlükəsizliyini hədəf alan aşkar bir təcavüzdür.  Səudiyyə Ərəbistan beynəlxalq hüququn tanıdığı şəkildə və uyğun zamanda, torpaqlarını, xalqını və maraqlarını müdafiə etmək hüququnu əsas tutaraq İrana lazımi cavabı vermə haqqını gizli saxlayır” deyə bəya qeyd olunur. 

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir