Cümə axşamı , 27 Mart 2025
Drone Cameras

Şeyxin qudasının oğlu həbs olundu

Nəsimi rayon məhkəməsində sabiq millət vəkili Qalib Salahzadənin oğluna qarşı istintaq işi üzrə iclas başa çatıb.

Boyukmillet.com haqqın.az-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə prosesinə media nümayəndələri buraxılmayıb. Məlumata görə, zərərçəkmiş məhkəməyə gəlmədiyi üçün proses noyabr ayının 8-nə təxirə salınıb.

Xatırladaq ki, Əlihüseyn Salahzadə “Azərsu” əməkdaşını döyməklə təqsirləndirilir. Onun haqqında cinayət məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya həyat və sağlamlığa təhlükə yaradacaq güc tətbiqetmə) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon məhkəməsi tərəfindən Əlihüseyn Salahzadə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Maraq üçün onu da bildirək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir