Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Karayılan yalvarmağa başladı, Rusiyadan imdad dilədi – “İMKAN VERMƏYİN, YOXSA…”

PKK terror təşkilatı Afrin üçün Rusiyadan yardım istəyib.

Boyukmillet.com xəbər verir ki, PKK terror təşkilatı rəhbərlərindən olan Murat Karayılan Rusiyanın ortaya daxil olaraq, Türkiyənin Afrin əməliyyatına əngəl olmasını istəyib.

“Fərat qalxanı” hərəkatı ilə Türkiyənin sərhəd təhlükəsizliyi təmin edən Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra yeni əməliyyat üçün hərəkətə başlayıblar.

Addım-addım Afrin

PKK terror təşkilatının Suriyadakı şaxəsinin əlində saxladığı Afrini terrordan təmizləməyi hədəfə alan TSQ sərhəddə hərbçi və silahlı texnika yığmaqda davam edir.

Qəndildə təşviş

Türkiyə Silahı Qüvvələrinin əməliyyat hazırlıqları Afrində olduğu kimi Qəndildə böyük bir təşvişə səbəb olub.

Qorxu içərisində olan PKK quldurbaşı Murat Karayılan çarəni Rusiyadan yardım istəməkdə tapıb.

Türkiyəyə icazə verməyin

Terrorçu quldurların başçısı Karayılan Rusiyadan hava əməliyyatlarını aparmaq üçün Türkiyəyə icazə verməməsini xahiş edib.

Xatırladaq ki, Türkiyə Afrin əməliyyatından əvvəl Rusiya hökumətinə xəbərdarlıq edərək, bölgədəki S-400 hava hücumundan müdafiə sistemlərinin bağlanmasını tələb eləmişdi.

Dünən isə, Suriyanın şimalında yerləşən, hazırda PKK/PYD terrorçularının əlində olan və Türkiyənin əməliyyat keçirməyi planlaşdırdığı Afrin şəhərindəki 178 nəfər Rusiya hərbçisinin əraziləri tərk edərək, Afrinin şimalına çəkiləcəkləri xəbəri yayılmışdı. (Hurriyyet.org)

Check Also

Putin: “Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır”

Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir