“Deyəsən, onların ağlına Türk dedikdə yalnız qucaqlarında bəsləyib böyütdükləri FETÖ-cülər və bu xəyanət şəbəkəsinin xaraktersiz, onurğasız, hər cür istismara əlverişli kadrları gəlir. Yenə bunların ağlına deyəsən, regionda çalışılacaq birgə deyincə də yalnız pulu verənin istifadə etdiyi bir muzdlu qatillər ordusundan ibarət olan PKK-lı gəlir”.
Boyukmillet.com Turkustan.info-ya istinadən xəbər verir ki, bu bəyanatla bu gün Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan bildirib ki, ABŞ və bəzi Qərb dövlətlərinin Türkiyəyə qarşı tətbiq etdikləri təzyiq vasitələri işə yaramayacaq: “Narahat olmayın, terror təşkilatlarına güvənməyin nə qədər səhv olduğunu öyrənəcəklər. Afrin əməliyyatı sahədə faktiki olaraq başlamışdır. Bunu Münbiç təqib edəcək. Bir halda ki, Münbiçdə bizə verilən sözlər bu ana qədər yerinə yetirilmədi, bu əməliyyatı keçirməyimizə görə bizə kimsə bir söz deyə bilməz”.