Cümə , 24 Sentyabr 2021
Home » Dünya » Kirovda fəaliyyət göstərən “Azərbaycan” fondunun rəhbəri Rusiya İctimai Palatasının üzvlüyünə namizəddir

Kirovda fəaliyyət göstərən “Azərbaycan” fondunun rəhbəri Rusiya İctimai Palatasının üzvlüyünə namizəddir

Kirov şəhərində fəaliyyət göstərən “Azərbaycan” fondunun rəhbəri Elnur Hüseynov Rusiya Federasiyasının Kirov Vilayətindən Rusiya İctimai Palatasının üzvlüyünə namizəddir.

SalamNews-un Moskva müxbirinin xəbərinə görə, 10 ildən artıqdır ki, ictimaii fəaliyyət göstərən Elnur Hüseynov həm Kirov vilayətində, həm də Federasiya üzrə müxtəlif mövzulu ictimai laihələrin müəllifidir. Qeyd edək ki, Kirov şəhərində “Din terrora qarşı” laihəsi də, məhz, “Azərbaycan” fondu tərəfindən gerçəkləşir və ənənəvi xarakter alıb. Bundan başqa Kirov Vilayətində “Millətlərin yürüşü” adlı Rusiya Federasiyasında yaşayan millətlərin yaxınlaşmasında və qarşılıqlı fəaliyyətində yüksək rol oynayan tədbirində ideya müəllifi və təşkilatçısı Elnur Hüseynovdur.

Nəzərinizə çatdıraq ki, Rusiyada İctimai Palatanın 168 üzvündən 40- Rusiya Prezidenti tərəfindən təyin olunur, 85- nəfər reqionların ictimai palataları tərəfindən seçilərək nümayəndəlik şəkilində, 43-ü isə Rusiya İctimai birliklərinin təmsilçiləri kimi seçilərək fəaliyyət göstərir. Kirov vilayətindən isə iki namizəd var Andrey Usenko və Elnur Hüseynov.

Elnur Hüseynov seçiləçəyi təqdirdə reqion gəncliyinin Rusiya Federasiyasının ictimai həyatında fəaliyyətini artiracağına calışacağını, vilayətlər arası laihələrdə iştirak üçün qrantlarda iştirakını təmin edəcəyini bildirdi. Həmçinin, insan hüquqları və məhkumların saxlanma şəraiti ilə də yaxından məşğul olaçağını nəzərə çatdırdı.

Check Also

Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər …