Şənbə , 25 May 2024
Drone Cameras

Lənkəranskinin rəis qardaşı azadlığa çıxdı – Nüfuzlu şəxslər işə qarışıb

Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub.
 
Boyukmillet.com xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
 
Saytın yazdığına görə, sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir.
 
Qeyd edək ki, o, Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır. 
 
N.Canıyevin məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi.
 
Yayılan xəbərə görə, həmin əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Check Also

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir