Şənbə , 18 May 2024
Drone Cameras

Məscidin söküntüsündə fəallıq göstərən məmurun ÜRƏYİ DAYANDI…

Xəbər verildiyi kimi, bu il aprelin əvvəlindən sökülməyi barədə məsələ gündəmə gəlmiş, Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi iyunun 30-dan 1-ə keçən gecə söküldü. 
 
Xatırladaq ki, ilk günlər ibadətgahın sökülməsinə edilən cəhdlər  məscid icması tərəfindən  kəskin etirazla qarşılanmışdı.  O zaman Prezident İlham Əliyev Hacı Cavad məscidi ilə bağlı problemin ciddi araşdırılmasına göstəriş verdi. Nəhayət, iyun ayında məscidin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verildi. 
 
Bir çox dairələr əvvəlcədən  möminlərlə məsləhətləşmədən məscidin  sökülməsinə edilən cəhdlərin ölkədə İslam Həmrəyliyi ili elan edildiyi, İslam Həmrəyliyi oyunları keçiriləcəyi bir ərəfədə dövlət-din qarşıdurması yaratmaq istəyən xarici və daxili qüvvələrin təhriki ilə edildiyini hesab edirdi. Hətta Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin bu günlərdə vəzifəsindən azad edilməsini də bu amillə əlaqələndirənlər də var. 
 
İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün Moderator.az-a verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal  RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin  yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əmədov səhər saatlarında iş  otağında gözlənilmədən vəfat edib. Mərhumun ürəktutmasından dünyasını dəyişdiyi deyilir.
 

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir