Çərşənbə , 29 May 2024
Drone Cameras

Silahlı Qüvvələrimiz bütün cəbhə boyu döyüş hazırlığındadır- general

Sadəcə Ermənistan tərəfi cürət edərək itkilərini boynuna almır. Onlar yalan iftiralar yaymaqla məşğuldurlar. Ermənilər vəziyyəti gərginləşdirmək üçün ehtiyat hissələrini bir neçə istiqamətdə ön xəttə çəkiblər. Həmin bölmələrə də ordumuz tərəfindən güclü atəş zərbələri vuruldu. Düşmən altı nəfərdən az olmayaraq itki verib. Həmin artilleriya sistemləri ilə atəş zamanı düşmənin digər canlı qüvvə və texnikaları da tələfata uğrayıb. Misal üçün, artilleriya bölməsinin bir topunun mərmisinin qəlpələrinin məhvetmə radiusu 50 metrdir. Həmin mərmilərin qəlpələri 50 metr ətrafa səpələnir və orada heç bir canlı qüvvənin sağ qalması mümkün deyil. Onlarda tələfat həddindən artıq çoxdur. Bunu gizlətməyə çalışsalar da xeyri olmayacaq. Düşmən tərəfi ancaq fotomontajla, yalan videomateriallar yaymaqla məşğuldur. Çünki onlar itkilərini boyunlarına almaq istəmir və vəziyyəti gərginləşdirməkdə davam edirlər.

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir