Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Qarabağımla dalğa keçmək sənin nə həddinə

Etiraf edək ki, başqa dövlətlərin mətbuatında əlehimizə yazılar yazılanda Türkiyə də yazılan yazılara üzüldüyümüz qədər çox üzülmürük . Səbəbi isə çox bəsitdir, Türkiyə türk dünyasının baş tacıdır. 

Türkiyə mətbuatından, Türkiyə aydınlarından, türk dövlətləri yaralara duz basacaq yazılar yox, yaralara dərman olacaq yazılar gözləmişik hər zaman. Böyük Kərkük yarasını görmüyüb, Güney Azərbaycanın “Haray haray mən türkəm” hayqırtısını eşitməyib, Xocalı qətliamını kor gözləri ilə görməyən , Türk mediasının üz qarası Mevlut Tezel Qarabağdan yazdı, amma Qarabağın qarasına yazdı. Öz aləmində küçümsədi Qarabağ futbol klubunun tərəfdarlarının A4 kağızında Qarabağ yazmasına” espiri” ilə yanaşdı. Adında Qarabağ yazılan heç bir sözlə kimsə zarafa edə bilməz. 

Hələ -hələ qardaş Türkiyədə. Türk dünyasının bu qədər problemləri varkən Mevlut Tezel Qarabağ yazısı ilə dalğa keçməsi onun türk olmadığının bariz numunəsidir. Qarabağda yüzlərlə Azərbaycan qadını, çoçuğu əsir götürülüb, Qarabağda Azərbaycan mehmetçiyi minlərlə şəhid verib o, Qarabağda minlərlə oğullar əlini ayağını torpağın hər qarışı üçün qurban verib, o Qarabağda bir gecədə bir şəhər yerlə yeksan edilib. Belə yaralı Qarabağımla dalğa keçmək sənin nə həddinə. Bu məsələ ilk sərt etiraz edən yenə Sinan Oğan oldu. 

Sinan Oğan əslən İğdırlıdır və Türk siyasətində son illər ən çox danışılan isimdir. Sinan Oğan 1990 –ci ildə 22 yanvarda İstanbulda ilk dəfə 20 yanvar hadisələrinə etiraz aksiyası təşkil edən bir insandır. Aradan 27 il keçməsinə baxmayaraq, həm meydanda həm mediada o , yenə Qarabağ savaşını aparır . Onun etirazından sonra yüzlərlə , minlərlə insan “Sabah” qəzetinin rəhbərliyinə , yazının müəllifi Mevlut Tezelə etiraz etdilər. Sonunda etirazlar öz nəticəsini verdi. 15 aprel “erməni olmaq onurdur” yazan yazar dünən Azərbaycan xalqından üzr istədi. Təşəkkürlər , Turan sevdalısı Sinan Oğan sənin Azərbaycanla bağlı mücadilələrin saymaqla tükənməz. Bir Azərbaycan türkü olaraq sənə təşəkkür edirəm.Yaxşı ki, qardaş dövlətdə bir qardaşımız var. Bir gün Turan yolunda düşmənlərə layiqli cavabımızı əl-ələ, çiyin-çiyinə verəcəyik. O AN cox yaxındadır.

Vüsal Məmmədov

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir