Cümə , 13 Mart 2026
Drone Cameras

Saakaşvili azadlığa çıxdı və yenindən meydana döndü!

Məlum olduğu kimi, bu gün Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili onu həbs etməyə gəlmiş xüsusi təyinatlılara təslim olmayaraq binanın damına çıxıb və intihar etməklə hədələyib.

Daha sonra onu damdan endirib həbs edərək, aparıblar.

Ukraynadakı mənbə deyir ki, Saakaşvilini aparan avtobusun qarşısını aktivistlər kəsiblər, maşının qapısını sındırıb, onu polislərin əlindən alıblar və meydana qaytarıblar.

Musavat.com-un xəbərinə görə, təxminən iki saatdan sonra Saakaşvili yenidən öz Feysbuk səhifəsindən paylaşımlar etməyə başlayıb. Bu, onun artıq azadlıqda olmasınını göstərir. Hazırda Saakaşvili meydanda xalqın əhatəsində çıxış edir.

 

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir