Şənbə , 20 Aprel 2024
Drone Cameras

Türkiyədə araşdırmaçı yazar Aqil Ələsgərin imza günü keçirilib

Tükiyənin İsparta şəhərində I Kitab sərgi-yarmarkası keçirilir.

SalamNews xəbər verir ki, sərgi çərçivəsində Ayşə Kulin, İlker Başbuğ, Nihat Hatipoğlu, Engin Alan, Ataol Bəhramoğlu, Hanefi Avcı kimi tanınmış yazarlar imza günü keçiriblər.

Azərbaycandan bu sərgi araşdırmaçı yazar, “Terrorun Gülən üzü” və “Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitablarının yazarı, Yeniçağ.Az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qatılıb.

Türkiyənin məşhur yayın evi olan “Kirmızı Kedi” tərəfindən yayımlanan “Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitabı ilə ötən ilin sonlarında qardaş ölkədə ciddi rezonans doğuran yazar bu gün ispartalı oxucuları ilə görüşüb.

Aqil Ələsgərin imza mərasmində İsparta bələdiyyə başqanı Yusif Ziya Günaydın, bələdiyyə üzvləri, Süleyman Dəmirəl Universitetinin rəhbərliyi, müəllim və tələbələri, xüsusilə İspartada təhsil alan azərbaycanlılar qatılaraq, yazara dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, ispartalı oxucularının istəyi ilə imza günü keçirən Aqil Ələsgərə şəhərin ən böyük sosial şəbəkələrindən olan Facebookdakı “İspartam” səhifəsi də dəstək verib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir