Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Vladimir Qonçarov: “Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək”

“Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rostex” və “Rosoboroneksport” dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov “ArmHiTec-2016” sərgisində jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Yerevanda ilk “ArmHiTec-2016” silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.

Sərgidə Rusiya 16 şirkət ilə təmsil olunub. Onlar potensial müştərilərə müasir zirehli, raket-artilleriya silahları və texnikaları, “Uran” ailəsindən olan robototexniki komplekslər, hərbi aviasiya, atıcı silahlar və sursatlar nümayiş etdirəcəklər.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir