Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 02 Mart 2019

Image result for samir adigozelli

Samir Adıgözəlli: “İran kimi böyük bir ölkə Paşinyana öz ərazisində təxribatçı addım atmağa belə şərait yaratdı”

Paşinyanın səfərindən sonra İran azərbaycanlıları ayağa qalxıb - Paşinyanın ABŞ kəşfiyyatının əlinə gizli oynadığı barədə şübhələr var...

Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistanındır və Son” sözləri yazılmış plakatın qaldırılmasına görə Güney Azərbaycanda etirazlar davam edir. Sosial şəbəkəlrdə yayılan video və fotolardan görünür ki, aksiyalar daha çox Tehran və Təbriz şəhərlərində, həmçinin İranda azərbaycanlılar yaşayan digər şəhərlərdə keçirilir. Ermənilərin açdığı plakata etiraz olaraq soydaşlarımız “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” sözləri yazılmış plakat qaldırıblar. Təbrizin “Traktor” komandası ilə İsfahanın “Sepahan” komandası arasında baş tutan oyunda onminlərlə soydaşımız Ermənistana etiraz olaraq “Ya Qarabağ, ya ölüm”, “Qarabağ Azərbaycanındır”və s. şüarlar səsləndirib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistanındır və Son” yazılmış plakatın qaldırılmasına İranın imkan tanıması etiraza səbəb olub. Azərbaycanlılar "Ararat" klubunun divarına da "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" sözlərini yazıblar. Faktiki olaraq, Paşinyanın səfəri İranın daxilində etirazların meydana çıxmasına səbəb olub. Məlumdur ki, ABŞ və onun müttəfiqləri İranın çökdürülməsi planı üzərində işləyir. Əksər ekspertlər Paşinyanın son səfəri ilə ABŞ-ın əlinə gizli oynadığı qənaətinə gəlir. Çünki İranın daxilində yaranan ajiotaj daha da böyüyə bilər ki, bunun da anti-İran qüvvələrinin marağına tam xidmət edəcəyi qənaətinə gəlmək mümkündür. Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan dərin bir ziddiyyətə imza atıb: “Doğrusu, onun İran rəhbərliyi tərəfindən çox mehribanlıqla qarşılanması məndə təəccüb yaratdı. Buna deyə bilərlər ki, müstəqil dövlətin öz işidi. Amma ən təəccüblüsü budur ki, İran kimi böyük bir ölkə Paşinyana öz ərazisində təxribatçı addım atmağa belə şərait yaratdı. Onun İranın erməni icması ilə keçirdiyi görüşdə Qarabağla bağlı nümayiş edilən şuar, təbiidir ki, böyük təhlükə mənbəyi sayılır. Nə əcəb İran bunun qarşısını almadı, hətta əsası qoyulan təxribata etiraz belə etmədi? Paşinyan bu əməli ilə, əslində ən böyük zərbəni elə İranın özünə vurub. Həmin ölkənin ən böyük milli kimlik daşıyıcısı olan Azərbaycan türklərinin heysiyyəti ilə oynayıb. Artıq biz bu yöndə yaranmış narazılıqları görürük. İrandakı erməni vətəndaşlarının sayı azərbaycanlılarla müqayisədə çox azdır. Soydaşlarımız çoşsa, ermənilər ayaqlar altında qalarlar. Sübut olunur ki, İranın qucaq açdığı Paşinyan onların daxilində təxribat toxumu səpip getdi. Mən İrandakı bütün söydaşlarımızın prinsipial mövqeyini ürəkdən alqışlayıb, onlara “sağ ol!” deyirəm”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Dağlıq Qarabağ Azərbaycana məxsus bölgədir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq işğalçılıqdan əl çəkməlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İran İslam Şurası Məclisinə (parlamentə) Urmiya şəhərindən seçilmiş deputat Hadi Bahaduri deyib. Deputat Ermənistan baş nazirinin Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfərinə yol verildiyi üçün Xarici İşlər Nazirliyini kəskin tənqid edib.

O, İran İslam Respublikası Ali Rəhbərinin də mövqeyini xatırladaraq qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan və İslam torpağıdır. İran Azərbaycan ilə münasibətlərinə xələl gəlməsini istəmir. İki qonşu və dost dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Xarici İşlər Nazirliyi bu səfərin Xocalı soyqırımının ildönümü ərəfəsində baş tutmasına icazə verməməli idi.

Deputat deyib: "Hesab edirəm ki, bu səfər başqa bir vaxtda da keçirilə bilərdi. Biz Ermənistanla həmsərhəd ölkələrik. Ona görə də bu ölkə ilə əlaqələrimizin olması təbiidir. Amma bu əlaqələr İranın rəsmi siyasətinə uyğun olmalıdır. Biz parlamentdə xarici işlər nazirinə sual ünvanlayacağıq. Nazirlik açıqlamalıdır ki, nə üçün İranın sərhədləri daxilində onun rəsmi siyasətinin əleyhinə belə bir hadisə baş verib?”.

Hadi Bahaduri vurğulayıb ki, dini inancımıza görə, dünyanın istənilən yerində müsəlmanların haqqı müdafiə olunmalıdır: "Dağlıq Qarabağda müsəlmanların məscidini tövləyə çevirənlərin İrana səfər etməsinə icazə verilməməli idi”.

Nəşr olunub SİYASƏT

Bu gün Millətçi Gənclər Təşkilatının fəalları İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında piket keçiriblər.

Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İslam inqilabının 40 illiyi ilə əlaqədar etdiyi çıxışda Azərbaycan əleyhinə söylədiyi fikirlərə, İran hökumətinin Ermənistana dəstək verməsinə, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfəri zamanı, onun üzərində erməni dilində  “Qarabağ bizimdir, vəssəlam” sözləri yazılmış plakatın fonunda selfi çəkdirməsinə etiraz ediblər.

Aksiyada “Azərbaaycan bir olsun, paytaxtdı Təbriz olsun”, “Rus, fars, erməni – bunlar türkün düşməni”, “Bakı, Təbriz, Ankara – biz hara, farslar hara”, “Qarabağ bizimdir, bizim olacaq” və digər şüarlar səsləndiriblər.

 Səfirliyin binası ünündə aksiyanın qətnaməsi oxunub. Polis piketin keçirilməsinə mane olmayıb.

Aksiya sosial şəbəkədə Fatimə Mövlamlının feysbuk səhifəsindən canlı olaraq yayımlanıb.

Nəşr olunub CƏMİYYƏT

Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir.

Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır.

Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir. Ankara bunu öz ərazi bütövlüyü üçün təhlükə kimi görür və PKK-nı terror təşkilatları sırasına aid edir.

PKK-nın fəaliyyəti Türkiyə ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Moldova və Yeni Zelandiyada da qadağan edilib.

Nəşr olunub DÜNYA
Sabah yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Boyukmillet.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə saatlarında çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeronda gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı  - 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
 
Nazirlik xəbərdarlıq edir ki, martın 3-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti təşkil edəcək.
 
Martın 3-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 3-ü gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Nəşr olunub CƏMİYYƏT

Image result for ilham əliyev

Cənab Prezident, 2017-ci ildə sizə bir müraciət ünvanlamışdım . Müraciət belə başlayırdı, Cənab Prezident, bilirsinizmi xalqımız necə yaşayır? Xalqın yaşayış səviyyəsinin aşağı olduğu, hər an haqlarının tapdandığı barədə yazırdım. Yazırdım ki, bir çox vətəndaşlar kimi mənim də maaşım azdır. Mən də kredit borcu içində boğuluram. Həmin müraciət heç də birmənalı qarşılanmadı. Amma bu gün sizin hər atdığınız addımda həmin dövrdə yazdığım, qaldırdığım məsələlərdə, vətəndaş mövqeyimdə nə qədər doğru olduğum sübut edildi.

Cənab Prezident, Azərbaycan öz tarixinin yeni bir dönəmini yaşayır. Hələ ötən il apreldə keçirilən prezident seçkilərindən sonra bir anons vermişdiniz, ölkədə yeniliklər olacaq. Bir çoxları açığını deyək, bu anonsun seçkidən sonra insanları ətrafınızda daha çox toplamağa hesablandığına işarə edirdilər. Lakin az çəkmədi və siz, artıq ilk addımlarınızda, dəfələrlə barmaq silkələdiyiniz, millətin qulluqçusu deyil, ağası olduğunu hər məqamda sübut edən məmurları tarixə gömdünüz. 2018-ci il 31 dekabrda xalqa bayram təbriki ünvanlayanda isə 2019-cu ildə böyük dəyişiklər olacağının xəbərini verdiniz. İnsanlar maaş və pensiyalar, müxtəlif sahələrdə köklü dəyişiklərin , islahatların, şəhid ailələrinin kompensasiya məsələlərinin həll olduğunun şahidi oldular. Və daha bir inqilabi dəyişiklik etdiniz, illərlə bank borcu məsələsində mənim kimi həyatı qaralan insanların ümidlərinin ölməsini qoymadınız. Bu xəbəri eşidəndə sevincimdən ağladım. Axı məhz banka olan borca görə mən evimi satdım, neçə-neçə insan isə intihar etmək məsburiyyətində qaldı… Cənab Prezident, Sizin humanistliyinizə şükürlər olsun. Bu dönəmlərdə Siz məhz ulu öndərin, atanızın çətin anlarda etiyi gedişatı təkrarladınız. Bir daha xalqın sevimlisinə çevrildiniz.

Cənab Prezident, ölkəmizdə həllini gözləyən işlər çoxdur. Mən həssas qruplarla işləyən ictimai birlik rəhbəriyəm. Onların da çoxlu problemləri hələ də qalmaqdadır. Təşkilatımız tərəfindən qaldırılan məsələlərə istər Siz, istərsədə Birinci vitse-prezident hər zaman həssaslıqla yanaşmısınız. Çoxminli əsgər, şəhid ailəsi, müharibə veteranı və əlilləri adından da minnətdarlığımı bildirirəm. Amma hələ də övladına şəhid adı verilməyən və məmurların laqeyidliyindən qəhrəmanlara küçə, məktəb və s. yerlərə adların verilməməsindən əziyyət çəkən , illərlə qapılar döydüklərindən taqətdən düşən ailələrin məsələsi həll olunmamış qalır. Türkiyədə evindən çıxıb hərbi forma geyinən və hansı şəraitdə həlak olmasından asılı olmayaraq həlak olanlar ŞƏHİD sayılır. Bilirsinizmi onlara şəhid, küçə adları verilmədiyindən vətənpərvərlik işimizə nə qədər mənfi təsir göstərir. Axı belə ailələrə laqeyidlik olursa gənclər necə vətəni canlarından çox sevərlər. Düşünərlər ki, biz şəhid olarıqsa ailələrimiz baxımsız qalar. Cənab Prezident, inanıram ki, bu həssas məsələlərdə də humanistliyinizi əsirgəməyəcəksiniz. Həmin şəhid ailələrinə də dəstək olacaqsınız.

Cənab Prezident, bu günlərdə mədəniyyət işçiləri ilə görüş keçirdiniz. Çox səmimi bir tədbir idi. İstərdim ki, bizlərlə, müharibə yönümlü təşkilatlarla da də belə bir görüş olsun. Sizinlə görüşmək ümidi ilə bir daha minnətdarlığımı bildiriəm. Var olun.Tanrı Sizi qorusun!

Hörmətlə,
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı

Nəşr olunub RƏSMİ XRONİKA

Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərə təsir edir.

Boyukmillet.com xəbər verir  ki, bu barədə Lukaşenko KİV nümayəndələriylə “Böyük söhbət” zamanı, Belarus və Azərbaycan əlaqələrini şərh edərkən danışıb:

“Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm, daha yaxşıları bizə lazım deyil. Onlar bizə qardaş kimi yanaşır, bu, müsəlman ölkəsinin xristian ölkələrinə münasibətinin nümunəsidir.

İlham Əliyevin mənə, yaxud mənim ona bir zəngim…Və bütün məsələlər həll olunur”.

Lukaşenko Belarusun sanksiya altında düşdüyü zamanlar Azərbaycan liderinin göstərdiyi prinsipial mövqeyə görə də ona minnətdarlığını bildirib:

“Bizim İlham Əliyevlə qətiyyən heç bir problemimiz yoxdur, baxmayaraq ki, o, GUAM-da olub. Aİ və ABŞ bizə sanksiyalar tətbiq edəndə onun öhdəlikləri var idi. Biz sanksiyalar altında idik. O, heç yerdə susmurdu və Belarusu Saakaşvilinin etdiyi kimi müdafiə edirdi. Bilmirəm, xoşunuza gələcək, ya yox, amma o, Belarus üçün döyüşürdü. Aİ-də, ABŞ-da hamını inandırırdı: “Siz Belarusu tanımırsınız, Belarus Prezidentini tanımırsınız. Niyə onlara təzyiq edirsiniz və sairə”.

Nəşr olunub CƏMİYYƏT

“Canım Prezidentim, mənim Sizə danışmamağım qeyri-mümkündür. Çünki sizi mən seçmişəm. Mən sizə səs vermişəm. Mən sizi dəstəkləyirəm. Canım Mehriban xanım, bu gün mənim burada oturmağımın səbəbkarı göydə Allah, yerdə sizsiniz. Mənim səhhətimə göstərdiyiniz o qayğıya görə sizə minnətdaram, ömrüm boyu minnətdar olacağam”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib:

“Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olubdur. Lakin biz bununla kifayətlənməməliyik. Biz sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır. 

Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. 
Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, – şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, – üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var”.

Nəşr olunub CƏMİYYƏT

Reytinq